Mançester derbisi zaman barmen işdən qovuldu SƏBƏB
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Etihad”da keçirilən Mançester derbisi Erlinq Haalandın dublu və Fil Fodenin qolu sayəsində “Mançester Siti”nin “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub etməsi ilə başa çatıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ancaq komandalardan birinin əməkdaşı üçün həmin gün çox fərqli şəkildə yadda qalacaq.
Stadionda işləyən bir barmen növbəyə “Mançester Yunayted” forması ilə gəlib. Pərəstişkarları tez fərqinə varıb, fotolarını çəkib sosial şəbəkələrdə yerləşdiriblər.
Klubun reaksiyası dərhal olub:
"Bu məsələni diqqətimizə çatdırdığınız üçün təşəkkür edirik. Biz bu şəxsin tutduğu vəzifədən azad edildiyini təsdiqləyə bilərik", - açıqlamada bildirilib.
Bu mövzuda digər xəbərlər:Mançester derbisi azarkeşin ölümünə səbəb oldu
17 Dekabr 2024 12:03
İngiltərə derbisi: “Mançester Siti”, yoxsa “Mançester Yunayted”?
14 Sentyabr 2025 16:44
Bu gün Mançester derbisi
06 Aprel 2025 13:16
Kukurelya uğrunda Mançester derbisi
08 İyun 2026 19:38
“Mançester Yunayted” “Mançester Siti” derbisi öncəsi yüzlərlə abunəliyi bloklayıb
11 Sentyabr 2026 18:51
Baxış sayı:78
Bu xəbər 16 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















