Mançester Siti də kapitan sarğısına üç namizəd var
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mançester Siti" klubunda yeni kapitanın kim olacağı yaxın günlərdə müəyyənləşəcək.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Enzo Mareska Bernardo Silvanın komandadan ayrılmasından sonra kapitan sarğısını daşıyacaq futbolçunu seçmək üzrədir.
Məlumata görə, italiyalı mütəxəssisin siyahısında üç namizəd yer alıb. Bunlar müdafiəçi Ruben Diaş, yarımmüdafiəçi Rodri Ernandes və hücumçu Erlinq Halanddır.
Bildirilir ki, hər üç futbolçu komandanın soyunma otağında əsas liderlərdən hesab olunur. Mareskanın yekun qərarını yaxın günlərdə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, "Mançester Siti" ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyundan 78 xal toplayaraq ikinci yeri tutub. Mançester təmsilçisi çempion "Arsenal"dan 7 xal geri qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 İyun 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















