“Mançester Siti” Enzo Fernandezdən əl çəkmir Danışıqlar yenidən başlayır
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandezin transferi ilə bağlı danışıqları davam etdirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, “şəhərlilər” yaxın günlərdə London klubu ilə yenidən danışıqlar masasına oturacaq.
Argentinalı futbolçu baş məşqçi Enzo Mareskanın istəyi ilə klubun transfer hədəfləri sırasında yer alır.
“Çelsi” avqustun 14-də “Mançester Siti”yə Fernandez üçün təklif göndərmək məqsədilə son tarix müəyyənləşdirsə də, Mançester təmsilçisi həmin müddətdə tələb olunan məbləği ödəməyib. Buna baxmayaraq, tərəflərin danışıqları davam etdirməyə hazır olduğu bildirilir. “Zadəganlar”ın futbolçu üçün 120 milyon funt sterlinq tələb etdiyi qeyd olunur.
Fernandezin də keçidə müsbət yanaşdığı və sabiq baş məşqçisi Mareska ilə yenidən işləmək istədiyi iddia edilir.
Qeyd edək ki, Enzo 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir.
Şotlandiya millisinin baş məşqçisi bəlli oldu Kriştianu Ronaldu karyerasını bitirir – Vaxtını açıqladı PSJ ilə anlaşmışdı - İngiltərə klubunda çıxış edəcək ÇL: “Fənərbaxça”nın oyunu almanlara həvalə olunub Qakpo “Liverpul”dan ayrılır?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 17 Avqust 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















