Icma.az
close
up
RU
Mançester Siti nin maskotu (!) Holanndan polisə şikayət etdi

Mançester Siti nin maskotu (!) Holanndan polisə şikayət etdi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

''Mançester Siti''nin əsas qol silahı Erlinq Holannın adı qeyri-adi bir xəbərdə hallanır. Norveçli hücumçunun başına gələni bir tərəfdən gülməli, digər tərəfdən ağlamalı hadisə adlandırmaq olar.

''Football-plus.az'' xəbər verir ki, ''Siti''nin maskotu kimi çalışan xanım Holannı ona xəsarət yetirməkdə günahlandırıb!
''Hadisə'' ötən ilin oktyabrında, premyer-liqanın 9-cu turu çərçivəsində keçirilən ''Mançester Siti'' - ''Sauthempton'' oyunundan (1:0) öncə baş verib. ''Şəhərlilər''in maskotu ''moonbeam'' adlı yadplanetlidi. ''Sauthempton''la oyundan öncə stadionda çalışan və maskotu əyninə keçirən xanım polisə bildirib ki, Holann onu zarafatca başından vursa da, həmin zərbə çox sarsıdıcı alınıb.
İngiltərə mətbuatının xəbərinə görə xanım həmişəki kimi oyundan öncə uşaqlarla şəkil çəkdirərkən birdən başının arxa hissəsinə iki zərbənin dəydiyini hiss edib. Şoka düşən xanım bir müddət sonra meydanın kənarını tərk edib. O, maskotu üzərindən çıxardıqdan sonra həmkarından nə baş verdiyini və zərbənin kim tərəfindən vurulduğunu soruşub. Həmkarı isə ''bu, Holann idi. O, arxadan səni vurdu'' cavabını verib.
Xəsarət alan xanım bir müddət sonra ürəkbulanması və baş ağrısı hiss etməyə başlayıb. Ertəsi gün o, klubun tibbi personalı tərəfindən müayinə olunub və baş həkim adı açıqlanmayan bu xanıma xəstəxanaya müraciət etməyi məsləhət görüb.
Maraqlıdı ki, Holann polis bölməsinə gedərək hadisə ilə bağlı ifadə verməli olub. Amma kiçik bir araşdırma zamanı hər şey üzə çıxıb. Məlum olub ki, xanımın baş zədəsinin və baş ağrılarının səbəbi heç də Holann deyilmiş.
Polisin araşdırma ilə bağlı açıqlamasında qeyd olunur ki, Holann həmişə maskota öz sevgisini göstərmək məqsədi ilə yanından keçərkən onun belini, ya da başını tumarlayır. Hadisə yerindəki kamera görüntüləri də bu faktı təsdiqləyir. Holann həmin gün klubun talismanına sadəcə yüngülvari toxunubmuş.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Mart 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri