Icma.az
close
up
RU
“Mançester Siti” səkkiz futbolçu ilə vidalaşacaq

“Mançester Siti” səkkiz futbolçu ilə vidalaşacaq

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Siti”nin cari mövsümdəki problemləri haqda danışmayan yoxdu.

"Football-plus.az" xəbər verir ki, komanda Rodrinin zədələnməsi ilə “onurğa sütunu”nu itirib, nəticələr pisləşib – bir-iki qələbədən sonra dərhal uğursuzluq gəlir. Eksperimentlər ustası Pep Qvardiola hələ də “Qızıl top”un son qalibinin yoxluğunda sabitliyə nail olmağın yollarını tapa bilməyib.
“Siti” cari mövsümdə ancaq İngiltərə kubokuna iddialıdı. Çempionlar Liqasında “Real”la duelin taleyi hər kəsə bəllidi, premyer-liqada isə “Liverpul” elə fərq açıb ki, nəyəsə ümid etməyə dəyməz. Belə görünür ki, Pep problemin əsas qaynağını tapıb. Söhbət qoca əsas heyətdən gedir.
Səkkiz “xoşbəxt”
Artıq yeni klub tapması məsləhət görülən futbolçuların siyahısı bəllidi: Mateo Kovaçiç, Con Stounz, Cek Qriliş, Kayl Uoker, Ederson, İlkay Gündoğan, Kevin de Bruyne, Bernardo Silva.
Ehtimal olunduğu kimi, nişangaha yaşlı oyunçular düşüb. Pep yaşı 30-a çatan hər kəsi satmaq istəyir. Uokerlə (hazırda “Milan”da icarə əsasında çıxış edir) Gündoğanın artıq 34, De Bruynenin 33, Edersonun 31 yaşı var, Stounz, Kovaçiç və Silva 30-u tamamlayıb, Qriliş isə yayda 30-u haqlayacaq.
Qvardiola dönəminin “Siti”si üçün çox önəmli olan bu oyunçulara niyə qapı göstərilir? Üç səbəb var: bəziləri, sadəcə, MS səviyyəsində deyil (Uoker), bəziləri (Gündoğan, De Bruyne) artıq karyerasının zirvə dönəmini arxada qoyub, bəziləri (Qriliş, Stounz) çoxdan ən yaxşı formasından uzaq düşüb. Edersonun bu siyahıya düşməsi də heç kimi təəccübləndirmir – braziliyalı bu mövsüm çoxlu qola səbəbkar olub, üstəlik Pepin sərəncamında ondan heç də pis olmayan Ştefan Orteqa var. Yalnız Silva ilə Kovaçiçin transferə çıxarılmasının səbəbini anlamaq çətindi.
Qeyri-adi dərəcədə təcrübəli oyunçular hələ də komandaya nəsə verməyə qadirdi. Ancaq bir məqamı da anlamaq lazımdı: çətin ki, “Siti” bu dərəcədə qlobal yenidənqurmaya gedə. Axı Qvardiolaya enində-sonunda hansısa özək lazımdı. Bu üzdən 8 futbolçunun hamısının komandanı tərk edəcəyinə inanmaq çətindi. Əslində Kovaçiç və Bernardo bu siyahıda getməyə yox, qalmağa əsas namizədlərdi.
Qvardiolanın 2-ci yenidənqurması
Qvardiola artıq bir dəfə heyətdə geniş yenidənqurma həyata keçirib. Bu hadisə 2016/17 mövsümündən sonra baş verib – Pep onda hələ ilyarım idi klubda çalışırdı. Onda “Siti” çempionatda 3-cü yeri tutmuş və Çempionlar Liqasında artıq 1/8 finalda “Monako” ilə dueldə mübarizəni dayandırmışdı. Yeniliklər zəruri idi və baş məşqçi hər şeyi radikal şəkildə dəyişməyə qərar verdi.
Onda klubu az qala iki heyət üçün bəs edəcək sayda futbolçu tərk etdi. Nolito, Fernando, Kolarov, Nəsri, Klişi, Kabalyero, Navas, Sabaleta, Sanya, Hart, İheanaço, Ünal, Boni, Muy. Biz hələ onlarla icarə müqaviləsini demirik.
Köhnə çağırışdan olan bütün bu əfsanələrin əvəzinə Pep indi qapını göstərməyə hazırlaşdığı üç futbolçunu – Ederson, Uoker və Silvanı dəvət etdi. Elə həmin yay Lyaport, Mendi və Danilo da alındı. Yeni sxem və oyun əlaqələrinin inşasına aylar sərf olunmalıydı, ancaq yenidənqurma çox yumşaq getdi – premyer-liqada rekord sayılan 100 xal toplayab komanda MY-ni 19 xal arxada qoydu.
Ondan sonra Qvardiola əsasən “nöqtəvi” transferlər etdi – daha bir neçə dəfə müdafiəni yenidən yığdı, orta sahəyə “əl gəzdirdi”, hücumda variantlar əlavə etdi, ancaq heç vaxt heyəti yenidən qurmaq dərəcəsində islahat aparmadı.
Doğru qərardı?
Düzünü desək, Qvardiola sanki heyətin yenilənməsi lazım olan anı əldən vermişdi. Ya bəlkə də hər şeyin səbəbi klubun başı üzərində dolaşaşan, dolayı yolla transfer bazarındakı hərəkətini məhdudlaşdıran həmin məhkəmə araşdırmasıdı. 2024-ün yayı həlledici məqam idi – onda komandaya yalnız Savinyo ilə Gündoğan gəldi. Alvares getdi və heyətdə yeganə mərkəz hücumçusu kimi Holann qaldı.
Yenilənmənin zəruriliyi ideyası Pepə hədsiz gec çatdı – o, yalnız qışda silkələndi və fəal şəkildə yeni oyunçular almağa başladı. Düzdü, vəziyyəti dəyişmək baxımından yubanmışdı. Axı mümkün titullardan yalnız Liqa kuboku əlçatan dərəcədə idi. Bu mövsümü necəsə başa çatdırmaq və ilk “4-lüy”ü tərk etməmək lazımdı. Avrokubok sınağından uzaq düşən komanda, hər halda, bu vəzifənin öhdəsindən gəlməyə qadirdi.
Elə Qvardiolanın özünün təcrübəsinə əsasən demək olar ki, belə yenidənqurma faydalı da ola bilər. Pep tez-tez aparıcı oyunçularını satır, ancaq son nəticədə haqlı çıxır – yeni futbolçular, adətən, komandaya çox tez uyğunlaşır.
Daha kimlər “Siti” formasını geyəcək?
“Siti”nin bu qış Marmuş, Niko Qonsales, Xusanov və Reys ilə gücləndiyindən xəbərdarıq. Klaudio Eçeverri, həmçinin Xusanova kompensasiya kimi “Lans”a icarəyə verilən gənc müdafiəçi Cuma Ba da unudulmamlıdı.
Şayiələrə inansaq, Pep müdafiəyə “Yuventus”dan cinah oyunçusu Andrea Kambyasonu da gətirmək fikrindədi. Andrea həm solda, həm də sağda oynamağa qadir universal oyunçudu. Bu gedişin “Siti”nin müdafiə xəttinə necə yarayacağı hələ bilinmir. Kambyaso sol cinah müdafiəçisidi, ancaq həmin mövqedə Qvardiol yaxşı oynayır, hələ Riko Lüis kimi əvəzedicisi də var. Bəlkə Qvardiol müdafiənin mərkəzinə keçəcək, ya bəlkə də Kambyaso sağa – Uokerin əvvəlki yerinə (indi o mövqedə Xusanov sınanır) çəkiləcək. İstənilən halda, bu prosesi izləmək maraqlı olacaq.
Əsas transfer bombası, əlbəttə, Florian Virtsin mümkün keçididi. Almaniyalı ulduzu artıq çoxdan Avropanın bütün top-klubları ilə bağlayırlar – onu gah “Bavariya”ya, gah “Real”, gah da elə indi haqqında danışdığımız kluba “göndərirlər”.
Virtsi De Bruynenin varisi adlandırırlar, hərçənd bu heç də tam doğru təfsir deyil. Axı onların meydandakı mövqeyi və rolu bir-birindən kəskin fərqlənir. Virtsi Alvareslə müqayisə etmək daha çox yerinə düşərdi – alman da argentinalının etdiklərini bacarır. Virts assistent-toppaylayan deyil, meydanda hər şey etməyə qadir olan yeni “10 nömrə” tipidi.
“Siti” ciddi şəkildə dəyişəcək və buna yalnız sevinmək lazımdı. Çox güman, “şəhərlilər”in güclənməsi əsas rəqiblərini hərəkətə gətirəcək, onlar da istər-istəməz heyəti gücləndirmək yolunda addım atacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Mart 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri