Icma.az
close
up
RU
Mançester Sitinin uğursuzluq zolağı ŞƏRH

Mançester Sitinin uğursuzluq zolağı ŞƏRH

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Siti" son illər dünya futbolunda hegemonluq edən klublardan biridir. 2008-ci ildə yeni sahiblər gələndən sonra tarixində yeni səhifəyə qədəm qoyan "şəhərlilər" 2016-cı ildə Pep Qvardiolanın baş məşqçi təyin edilməsindən sonra İngiltərədə əzici üstünlüyə yiyələnib. Komanda o vaxtdan altı dəfə ölkənin ən güclüsü olub. Son dörd ilin İngiltərə çempionu olan klub 2022/23 mövsümündə Çempionlar Liqasını (ÇL) da qazanmaqla Avropa futbolunun zirvəsinə oturub. Lakin son zamanlar komanda eniş dövrünü yaşayır. Bu vəziyyət nəinki komandanın mövsümlük perspektivinə, həm də onların hegemon reputasiyasına təsir edir.

"Kaspi" qəzetinin mövzuya dair yazısını təqdim edirik.

Ardıcıl beş məğlubiyyət və antirekord

Mövsümə yaxşı başlayan "Mançester Siti" son zamanlar formadan düşüb. Komanda altı oyundur, qələbəyə həsrətdir. Bu perioda ardıcıl beş məğlubiyyət də sığışıb. Hər şey İngiltərə Liqa Kubokunda "Tottenhem"ə 1:2 hesablı yenilgi ilə başladı. Ardınca Premyer Liqada "Bornmut"a eyni hesablı məğlubiyyəti ÇL-də "Sportinq" səfərində 1:4-lük darmadağın izlədi. Komanda Premyer Liqanın son iki turunda da uduzub: əvvəlcə "Brayton"la qarşılaşmada 1:3 hesablı məğlubiyyət, daha sonra evdə "Tottenhem"ə ağır yenilgi - 0:4. ÇL-in 5-ci turunda isə "mavilər" Niderland "Feyenord"u ilə qarşılaşmada 3:0 hesablı üstünlüyü əldən verərək yekunda bir xala razılaşdı.

Bu, İngiltərə futbolunda antirekordun təkrarıdır. Sonuncu dəfə 56 il əvvəl "Çelsi" ardıcıl beş oyunda uduzan çempion kimi "tarixə düşmüşdü". Qvardiola isə 17 illik məşqçilik karyerasında ilk dəfə belə aqibətlə üzləşib.

Yanlış heyət quruculuğu və zədə epidemiyası

Son illərdə "Mançester Siti"nin uğurlarını təmin edən əsas sütunlardan biri oyunçuların keyfiyyətidir. Qvardiolanın əlində həmişə ulduz və onun taktiki tələblərinə uyğun futbolçular cəmləşib. Lakin ötən yay "Mançester Siti" uğurlu transfer periodu keçirmədi. Təkcə Savinyo və "Barselona"dan qayıdan İlkay Gündoğan heyətə cəlb edildi və Erlinq Holanda əsas alternativ sayılan Xulian Alvares "Atletiko"ya satıldı. Lakin argentinalının boşluğu doldurulmadı. Beləliklə, "Mançester Siti" mövsümə nisbətən məhdud heyətlə başlamaq məcburiyyətində qaldı. Hansı ki, sonradan zədələrlə bunun ağrısı hiss olunmağa başlandı. Xüsusən, Kevin de Bruyne və Rodrinin sıradan çıxması çatışmazlıqları üzə çıxarıb. Düzdür, de Bruyne artıq sağalıb, lakin o, əvvəlki formasından çox uzaqdır. Rodri problemi isə daha böyükdür. "Qızl top"un son sahibi "Arsenal"la qarşılaşmada aldığı zədə səbəbindən mövsümü erkən başa vurmalı olub. Beşinci turdakı həmin matçdan sonra komandanın oyununda problemlər baş qaldırıb. Araşdırmalar göstərir ki, "Mançester Siti" Rodrinin olmadığı görüşlərdə həm hücum quruculuğunda, həm müdafiədə ciddi problemlər yaşayır. De Bruyne isə rəqib müdafiənin yarılmasında açar oyunçu rolunu oynayırdı və onun performansının aşağı düşməsi məhsuldarlığa təsirsiz ötüşməyib. Onlardan əlavə də qısamüddətli və uzunmüddətli bir sıra zədələr komanda üçün problemə çevrilib. Əsas oyun üslubunun zəifləməsi ilə rəqiblər üçün fürsətlər yaranıb ki, onlar da bundan maksimum yararlana bilirlər.

Fərdi performans problemləri

Erlinq Holand müasir dövrün ən yaxşı hücumçularından hesab olunsa da, son zamanlar formasından uzaqdır. Bu, bir tərəfdən rəqiblərin sıx müdafiə planları ilə bağlıdırsa, digər tərəfdən isə orta xətdə yaradıcılığın azalması ilə Holand topla daha az təmin olunur. Fil Foden və Bernardu Silva de Bruynenin yoxluğunda daha böyük məsuliyyət daşımalı olsalar da, görünür, bu yükün altında əzilirlər. İlkay Gündoğan isə qayıdışından sonra əvvəlki səviyyədə çıxış edə bilmir.

Qvardiola mövsümdən əvvəl üçlü müdafiə planları qursa da, zədələr onun yenidən dördlü sistemə qayıtmasına səbəb olub. Bu isə artıq rəqiblər tərəfindən tam analiz edilib. İrəlidə qurulan müdafiə xətti rəqiblərə keçid oyununda yaxşı imkanlar yaradır. Rodrinin yoxluğu isə bu şəraiti daha da münbitləşdirir. Holandın neytrallaşdırılması, orta xətdəki yaradıcılıq çatışmazlığı "şəhərlilər"in oyununun qısırlaşması ilə nəticələnib. Düzdür, komanda pis oynamır, lakin meydanda istədiyini edən əvvəlki "Mançester Siti" yoxdur.

Mental yorğunluq

"Mançester Siti"nin enişində yaşıl qazondakı amillərlə yanaşı meydandan kənar proseslərin də təsiri az deyil. Uzun illərdir Pep Qvardiola ilə birgə çalışan Çiki Begiristayn mövsümün sonunda klubdakı idman direktoru postunu tərk edəcək. Məlumata görə, bu məqam ispan mütəxəssisə mənfi təsir edib. Hətta onun da komandadan gedəcəyi ilə bağlı xəbərlər dolaşırdı. Lakin yekunda Qvardiola daha bir illik yeni müqavilə imzaladı.

Klubda problemə səbəb olan daha bir məqam maliyyə maxinasiyaları ittihamlarıdır. Hazırda bununla bağlı araşdırmalar davam edir və bu səbəbdən "Mançester Siti" istədiyi transferləri edə bilmir.

Digər tərəfdən, keçmiş uğurlar bəzən komandalarda doyma hissi yaradır. Son illər bütün titulları əldə edən Qvardiola və komandasının da bu vəziyyətdən xali olmadığı görünür.

12 turdan sonra "Mançester Siti" Premyer Liqanın lideri "Liverpul"dan doqquz xal geri düşüb. Çempionlar Liqasında isə komanda ilk 24-lüyə düşmək uğrunda mübarizəsini davam etdirir. Əvvəllər də "şəhərlilər" belə çətinliklərlə üzləşib və geridönüş etməyi bacarıblar. Qvardiola və heyəti bu vəziyyəti analiz edərək uyğun həllər tapmaq üçün kifayət qədər təcrübəyə malikdir. İndiki məqamda bu məğlubiyyətlər "Mançester Siti" üçün bir xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Komandanın reaksiyası onların çempionluq iddialarını qoruyub-qorumayacağını müəyyən edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Dekabr 2024 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see370

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see246

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see226

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see226

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see215

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see211

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see208

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see207

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see205

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see205

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see203

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see197

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see197

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see193

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see187

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see185

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see179

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see165

Nyu Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

27 İyul 2026 03:44see154

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri