“Mançester Yunayted” Andersonla maraqlanır, Nottingem Forest” oyunçu üçün 120 milyon funt sterlinq tələb edir
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Yunayted” “Nottingem Forest”in 22 yaşlı oyunçusu Elliot Andersonla açıq şəkildə maraqlanır.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Florian Plettenberq özünün sosial media səhifəsində yazıb.
Məlumata görə, “Nottingem” “qırmızı şeytanlar”ın Andersonla maraqlanmasından xəbərdardır, lakin yarımmüdafiəçini 100-120 milyon funt sterlinqə (114-134 milyon avro) satmaqda israrlıdır.
Daha əvvəl “Caught Offside” onlayn portalı “Nottingem Forest”in ingilis futbolçunu 70 milyon funt sterlinqə (79,8 milyon avro) qiymətləndirdiyini bildirmişdi.
Bu mövsüm Anderson bütün yarışlarda 14 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 12 Noyabr 2025 01:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















