Mançester Yunayted ciddi dəyişikliklər astanasında
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uğursuz mövsüm keçirən "Mançester Yunayted" yayda ciddi dəyişikliklər etmək arzusundadır.
İdman.biz xəbər verir ki, komanda ən azı 6 futbolçusu ilə yollarını ayırmağı planlaşdırıb.
Yeni transferlərə büdcə formalaşdırmaq üçün Viktor Lindelöf, Kazemiro, Kristian Eriksən və Kobbi Maynunun satışı mümkündür. Bundan başqa, icarə əsasında "Aston Villa"da oynayan Markus Reşford və "Betis"də çıxış edən Antoninin satışı klubun transfer siyasətinə dəstək olacaq.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 29-cu turdan sonra 37 xalla 13-cü pillədə qərarlaşıb. Komanda Avropa Liqasında isə 1/4 finala vəsiqə qazanıb.
İdman.biz
Baxış sayı:88
Bu xəbər 18 Mart 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















