Mançester Yunayted heyətdə köklü dəyişikliklər edir
Icma.az bildirir, Qol.az portalına istinadən.
"Mançester Yunayted" rəhbərliyi mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyə hazırlaşır.
QOL.az xəbər verir ki, "The Sun" nəşrinin yaydığı məlumata görə, "qırmızı şeytanlar" komandadan ayrılacaq Kazemironu əvəzləmək üçün iki yarımmüdafiəçi transfer etmək niyyətindədir. Klub həmçinin Harri Maquayrla yeni müqavilə ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə, mərkəz müdafiəçisi cəlb etməyi də planlaşdırır.
Mançester təmsilçisinin transfer siyahısında "Nyukasl"ın üzvü Sandro Tonali ilə yanaşı, Premyer Liqanın digər klublarından Adam Uorton ("Kristal Pelas"), Elliot Anderson ("Nottinqem Forest"), Karlos Baleba ("Brayton") və Aleks Skottun ("Bornmut") adları yer alıb.
Qeyd edək ki, "Mançester Yunayted"in yay transfer pəncərəsində əsas hədəfi yarımmüdafiə xəttini gəncləşdirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Mart 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















