Icma.az
close
up
RU
Menu

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

“Mançester Yunayted”dən növbəti qəribə transfer

“Mançester Yunayted”dən növbəti qəribə transfer

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Mançester Yunayted” dibə yaxınlaşır. Sözün hərfi mənasında – bunu görmək üçün premyer-liqanın turnir cədvəlinə baxmaq kifayətdi.

"Football-plus.az" xəbər verir ki, Ser Aleks Ferqyusonun gedişindən sonra tədricən deqradasiyaya uğrayan klub son mövsümü 15-ci yerdə bitirdi.
MY bir-birinin ardınca tarixi şəxsi antirekordları yeniləyir, bundan pisi yalnız çempionşipə yuvarlanmaq ola bilər. Son mövsümdə 18 məğlubiyyətin qeydə alındığını göz önünə gətirsək, azarkeşlərin təlaşa düşmək üçün əsası var.
Mançesterin qaranlıq dönəminin əsas səbəblərindən biri müntəzəm transfer uğursuzluqlarıdı. Klub rəhbərliyi son 10 ildə faktiki yalnız bir dəfə yeni transferdə yüzdəyüz “tutuzdurub” – söhbət Bruno Fernandeşin gətirilməsindən gedir. Qalanları ya açıq-aşlar iflas yaşayıb, ya qiymətinə uyğun olmayıb, ya da sadəcə, komandanı gücləndirə bilməyib.
Həqiqətən son 10 ildə MY-nin heyətindəki yaxşıları sayaq. Reşford klubun öz yetirməsi idi, De Xea hələ Ferqyuson dönəmində gətirilmişdi, Poqba 105 milyon avroya dəyməzdi, Ronaldo Ten Haqla yola getmədi. Bəzi oyunçular zaman-zaman parladı, bu üzdən hətta adam onların uğurlu transfer olduğunu da demək istəyirdi. Ancaq belə zaman kəsikləri hədsiz qısa sürürdü. Məsələn, Kazemironu və ya Maquayrı xatırlamaq olar. Nə qədər usta olsalar da, bir o qədər də qeyri-sabit idilər. Məhz belə tendensiyaya görə bu mövsüm yetərincə yaxşı təsir bağışlayan Mazrauinin gələcəyi ilə bağlı da hansısa yekun qənaətə gəlməyə tələsməyək.
Yenicə başlayan yay özü ilə maraqlı bir transfer xəbəri də gətirdi – 74,2 milyon avro müqabilində “Old Trafford”da braziliyalı hücumçu Mateus Kunya qədəm qoyur. 26 yaşlı forvard son iki mövsümü keçirdiyi “Vulverhempton”da həqiqətən parlaq təsir bağışlayıb – premyer-liqa çərçivəsində 65 oyunda “qol+ötürmə” sistemi üzrə 40 xal toplayıb. Kağız üzərində heç də pis götünmür. Ancaq bu sövdələşmə yenə də maksimal dərəcədə mübahisəlidi. Ona görə ki, satıcı əlində olan qiyməti müştəriyə ən yüksək qiymətə satıb.
Bax, məsələnin bu yönü adamı qorxudur. Birincisi, MY-nin artıq pul ödədiyi dəqiqdi. İngiltərə bazarının cikinə-bikinə bələd olan məşhur “Transfermarkt” da Kunyanı bundan daha ucuz – 60 milyon avroya dəyərləndirir. Və 74,2 milyon avronu faktiki zərərlə işləyən, maliyyə çətinliyindən əziyyət çəkən klub ödəyir. Bir il əvvəl MY liqa qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə hətta sanksiya təhlükəsi ilə üzləşmişdi. Əməkdaşlar üçün ayrılan ştatı məhdudlaşdırmaq lazım gəldi – bir neçə milyona qənaət etmək üçün 200-dən artıq adam işdən qovuldu.
Avropa Liqasında “Tottenhem”lə final oyunundan əvvəl yaşananlar isə daha gülməli idi. Klub personalı Bilbaoda keçirilən oyuna bilet əvəzinə kafedə pulsuz yemək talonu aldı, adamlar orda televizor qarşısında oyunu izləyə bilərdi. Bir daha xatırladırıq: belə nəhəng klub çalışanlarına öz yeməkxanasında əyləşmək üçün talon verdi!
Ruben Amorim komandaya yeni gələndə belə demişdi:

“Bu problemlər klub üçün yeni deyil. “Maliyyə feyr-pleyi” qaydasından xəbərdarıq. Problem var, ancaq bu məqam mənim komandanı çalışdırmağıma, oyuna hazırlaşmağıma təsir edə bilməz. Mən əsasən buna köklənmişəm, başqa məsələlərə yox. Futbolçuları satmaq lazımdı. Hər şey sadədi. İndi “pəncərə” bağlıdı, heç nə edə bilmərik. Yayda vəziyyətə baxarıq”.

Yay gəldi və Kunya transfer olundu. MY borc içində üzür, artıq yükdən qurtulmağa çalışır, vəsiqə qazanmadığı Çempionlar Liqasından gəlirə ümid edə bilməz və bütün bunların fonunda şübhəli transferə 70 milyon avrodan artıq pul ayırır. Yenə sınaqdan keçmiş, ideal xidmət siyahısına malik futbolçu olsaydı, dərdyarı. Amma daha belə də yox ki! Mateus artıq bir dəfə böyük klubda olub. 2021-ci ildə “Atletiko” ona görə “Herta”ya 35 milyon avro ödəyib. İspaniyada braziliyalının işləri heç də yaxşı getmədi. O, La Liqada keçirdiyi 40 oyunda cəmi 6 qol vurdu.
Prinsipcə hücumçu “Vulverhempton”a qədər yalnız bir dəfə hansısa mövsümdə çempionatda 10 qol vurmuşdu – İsveçrə “Syon”unda məhz elə 10-da dayanmışdı. Nə “Leyptsiq”də, nə də bir qədər əvvəl xatırlatdığımız “Herta”da 7 qol həddini keçə bilməmişdi. Doğrudanmı “Yunayted” belə məbləğ qarşılığında bu cür riskə getmək imkanına malikdi? Yox, malik deyil. Ancaq nədənsə bunu özünə rəva görür. Əlbəttə, düşünmək olar ki, “qırmızı şeytanlar” yayda futbolçu satışından pul qazanmaq niyyətindədi. Ancaq Kunyanın gəlişindən sonra çətin ki, əsas heyətdə yer tapa biləcək Heylunna görə ciddi pul ödəməyə hazır olan klub tapılacaqmı?
Yəqin ki, MY ambisiyalarını “Vulverhemton” səviyyəsinə endirmək fikrindən uzaqdı.
“Canavarlar” avrokuboklara o qədər də can atmır, məsələn, turnir cədvəlinin ikinci “10-luğ”unda yer alanda da bir o qədər təəssüflənmir. Əksinə, Mançesterdə təntənəli şəkildə turnir cədvəlinin yuxarı hissəsinə dönməyi planlaşdırırlar. Kunya isə heç vaxt yüksək hədəfləri olan komandalarda parlamayıb. Bu dəfə isə dərhal ciddi təzyiq, daimi gərginlik altına düşəcək, az qala hər küncdən hansısa tələb eşidəcək.
Hələ də aydın deyil ki, Mateus ümumilikdə “Yunayted”in nəyinə uyğundu? Çox güman, Amorimə effektli hücumçu lazımdı. Heylunn qolları sıralamaq vəzifəsinin öhdəsindən gələ bilmir, Zirkzee isə bir çox funksiyanı yerinə yetirən universaldı, qol vurmaq onluq deyil. “Qırmızı şeytanlar” bütün bu ptoblemlərin öhdəsindən gəlməkdə heç də əməksəver olmayan braziliyalıya bel bağlayır. Mürəkkəb xarakterli, karyerası boyunca əlahiddə nəsə göstərməyən hücumçuya.
Martda maraqlı statistika açıqlanmışdı. Rəqəmlərə inansaq, Kunya İngiltərədə hamıdan çox – oyun vaxtının 77,6 faizi ərzində meydanda “piyada gəzir”. Bəlkə də bu faktı ciddiyə almağa dəyməz. Axı savadlı mövqe seçimi və qol duyumu sayəsində də fərqlənmək mümkündü. Ancaq belə şübhəli göstərici fonunda komandanın lideri olmaq nə dərəcədə inandırıcıdı?
Amorim Mançesterdə sistem yaratmağa çalışır. Braziliyalının hansısa təkmil struktura uyğunlaşacağı ilə bağlı şübhələr var. Ən azı ona görə ki, heç vaxt belə sistemdə oynamayıb. Yetərincə təzadlı transferdi. Hər qəpiyin hesabatını aparan “Yunayted” 74 milyonundan keçir – heç də sınanmış keyfiyyətə yox, spesifik və proqnozlaşdırılması çətin oyunçuya.
İzaholunmaz məsələdi. Klub indi necədisə, transferi də elədi. Mənzərənin tamamlanması üçün Kunyanın “Old Traford”da parlaması lazımdı. Əsl absurd onda olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see281

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see268

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see262

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see259

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see253

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see251

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see245

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see238

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see238

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see226

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see225

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see219

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see215

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see207

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see207

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see188

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see186

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see177

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see173

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri