“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobi Mayno qış transfer pəncərəsində komandanı tərk etmək niyyətindədir.
QOL.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, oyun vaxtının azlığından narazı olan futbolçu rəhbərlikdən onu icarəyə buraxmaqlarını xahiş edib. Lakin "qırmızı şeytanlar" bu məsələdə tələsmək niyyətində deyil. Klub rəhbərliyi qərar verməzdən əvvəl Afrika Millətlər Kubokunun başa çatmasını və heyətin vəziyyətini dəyərləndirməyi planlaşdırır. Mərakeşdə təşkil olunacaq turnir 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək davam edəcək.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə cəmi 10 oyunda iştirak edən Kobi Mayno 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Dekabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















