“Mançester Yunayted”in taleyini dəyişən iki qərar açıqlandı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin “Mançester Yunayted” futbol komandasının sabiq müdafiəçisi Patris Evra 2013-cü ildə klubun gələcəyinə ciddi təsir göstərən iki hadisə barədə danışıb.
İdman.Biz xəbər verir ki, fransalı keçmiş futbolçu Kriştianu Ronaldunun “Real Madrid”dən İngiltərə təmsilçisinə qayıtmağa çox yaxın olduğunu bildirib.
“Ser Aleks məni kabinetinə çağırdı və Kriştianu Ronaldunun geri qayıtmağa 99 faiz razılıq verdiyini söylədi. Qaret Beyl də komandaya gəlmək istəyirdi. Kabinetdən çıxanda düşünürdüm ki, Kriştianu qayıdır və bizim üçün hər şey yenidən başlayır”, - Evra deyib.
Onun sözlərinə görə, Ser Aleks Ferqyuson UEFA Çempionlar Liqasında qazandığı titulların sayını artırmaq istəyirdi. “Mançester Yunayted” həmin dövrdə İngiltərə Premyer Liqasının qalibi olduğundan, Evra daha güclü heyətin qurulacağını gözləyib.
Lakin klub rəhbərliyi Ronaldu və Beylin transferlərini əhatə edən layihə üçün tələb olunan 200 milyon funt sterlinqi (455 milyon AZN) ödəməyib. Bununla da hər iki keçid baş tutmayıb.
Evra klubun taleyinə təsir edən ikinci hadisənin Ferqyusonun istefa qərarı olduğunu vurğulayıb. Sabiq müdafiəçinin sözlərinə görə, baş məşqçinin məşq bazasına idman geyimində deyil, gündəlik paltarda gəlməsi futbolçularda təəccüb yaradıb.
“Hamımızı bir yerə topladı və istefa vermək istədiyini, qərarını artıq qəbul etdiyini dedi. Həyat yoldaşının bacısını itirdiyini açıqladı və bunun şəxsi məsələ olduğunu bildirdi. Sonra sakit şəkildə kabinetinə qayıtdı”, - Evra əlavə edib.
Ser Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib və 2012/2013 mövsümünün sonunda komandanı İngiltərə çempionu etdikdən sonra məşqçilik karyerasını başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 04 Avqust 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















