Icma.az
close
up
RU
İnternetin 57 ci ili Hər şey cəmi iki hərflə başladı

İnternetin 57 ci ili Hər şey cəmi iki hərflə başladı

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya tarixində ən böyük texnoloji yeniliklərdən biri hesab olunan internetin yaranmasından 57 il ötür.

Musavat.com xəbər verir ki, 1969-cu il oktyabrın 29-da ABŞ-də internetin sələfi sayılan ARPANET şəbəkəsi vasitəsilə tarixdə ilk mesaj göndərilib.

Həmin gün Kaliforniya Universitetinin Los-Ancelesdəki kampusunda (UCLA) yerləşən kompüterdən təxminən 560 kilometr uzaqlıqdakı Stenford Tədqiqat İnstitutunun kompüterinə məlumat ötürülməsinə cəhd edilib.

Tədqiqatçılar uzaqdakı kompüterə “LOGIN” sözünü göndərmək istəyiblər. Lakin sistem ilk iki hərf – “LO” ötürüldükdən sonra sıradan çıxıb. Beləliklə, internet tarixində ilk göndərilən mesaj cəmi iki hərfdən ibarət olub. Daha sonra texniki nasazlıq aradan qaldırılıb və məlumatın ötürülməsi uğurla tamamlanıb.

İlk mesajın göndərilməsində UCLA-nın tələbəsi Çarli Klayn və Stenford Tədqiqat İnstitutunun mühəndisi Bill Düvall iştirak ediblər. Layihəyə rəhbərlik edən alimlərdən biri isə kompüter şəbəkələri sahəsində mühüm tədqiqatları ilə tanınan Leonard Kleynrok olub.

ARPANET layihəsi ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (ARPA) maliyyələşdirməsi ilə həyata keçirilib. Layihənin əsas məqsədi müxtəlif universitetlərdə və elmi-tədqiqat mərkəzlərində yerləşən kompüterlər arasında məlumat mübadiləsini təmin etmək olub.

1969-cu ilin sonuna qədər ARPANET şəbəkəsinə dörd elmi-tədqiqat müəssisəsi qoşulub. Bunlar Kaliforniya Universitetinin Los-Anceles və Santa-Barbara kampusları, Stenford Tədqiqat İnstitutu və Yuta Universiteti idi.

İnternet tarixində digər mühüm hadisə 1971-ci ildə baş verib. Amerikalı proqramçı Rey Tomlinson kompüter şəbəkəsi üzərindən elektron məktub göndərilməsi sistemini yaradıb. Elektron poçt ünvanlarında istifadə olunan məşhur “@” işarəsini də məhz o seçib.

1973-cü ildə ARPANET ilk beynəlxalq bağlantılarını qurub. Böyük Britaniya və Norveçdəki kompüter sistemləri şəbəkəyə qoşulub.

1983-cü il yanvarın 1-də ARPANET-in TCP/IP protokollarına keçməsi internetin inkişafında mühüm mərhələ olub. Bu texnologiya müxtəlif kompüter şəbəkələrinin vahid sistemdə əlaqələndirilməsinə şərait yaradıb.

1984-cü ildə domen adları sistemi – DNS istifadəyə verilib. 1985-ci ildə isə ilk kommersiya məqsədli domenlərdən biri olan “symbolics.com” qeydiyyatdan keçirilib.

1989-cu ildə britaniyalı alim Tim Berners-Li Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) Ümumdünya Hörümçək Toru – World Wide Web sistemini təklif edib.

1990-cı ildə dünyanın ilk veb-saytı yaradılıb. CERN-də hazırlanan bu sayt World Wide Web layihəsi haqqında məlumat verirdi. 1991-ci ildə veb texnologiyası internet istifadəçilərinin daha geniş dairəsi üçün əlçatan olub.

1993-cü ildə “Mosaic” adlı qrafik veb-brauzerin istifadəyə verilməsi internet səhifələrinə baxışı xeyli asanlaşdırıb. 1994-cü ildə “Yahoo!”, 1998-ci ildə isə “Google” yaradılıb.

İnternetin inkişafı ilə bağlı maraqlı faktlardan biri də ilk veb-kameranın tarixidir. 1991-ci ildə Kembric Universitetinin tədqiqatçıları qəhvə aparatındakı içkinin miqdarını uzaqdan izləmək üçün kamera sistemi qurublar. Sonradan həmin görüntülər internet vasitəsilə yayımlanıb.

1992-ci ilin dekabrında isə mühəndis Nil Papvort kompüterdən mobil telefona ilk SMS mesajını göndərib. Mesajda “Merry Christmas” – “Milad bayramınız mübarək” sözləri yazılıb. SMS texnologiyası internetdən fərqli rabitə sistemi üzərində işləsə də, rəqəmsal kommunikasiyanın inkişafında mühüm yer tutub.

1990-cı ildə ARPANET rəsmi olaraq fəaliyyətini dayandırıb. Lakin həmin dövrdə artıq başqa kompüter şəbəkələri fəaliyyət göstərirdi və onların genişlənməsi nəticəsində internet bütün dünyaya yayılmağa başlayıb.

İnternetin ilk illərində məlumat mübadiləsi əsasən universitetlər, elmi mərkəzlər və dövlət qurumları arasında aparılırdı. Şəbəkəyə qoşulmaq üçün xüsusi avadanlıqlar tələb olunurdu və adi insanların internetdən istifadə imkanları olduqca məhdud idi.

1990-cı illərdə fərdi kompüterlərin geniş yayılması və telefon xətləri üzərindən internetə qoşulma texnologiyasının inkişafı qlobal şəbəkənin evlərə daxil olmasına şərait yaradıb. Həmin dövrdə istifadəçilər internetə qoşulmaq üçün modemlərdən istifadə edirdilər.

2000-ci illərdə genişzolaqlı internetin yayılması, daha sonra Wi-Fi, 3G, 4G və 5G texnologiyalarının tətbiqi insanların internetə qoşulma imkanlarını genişləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Oktyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri