Mançini: “İndi Totti, Del Pyero kimi oyunçularımız yoxdur”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya millisinin baş məşqçisi Roberto Mançini açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında komandanın durumundan danışıb:
“Hər komanda müxtəlif mərhələlərdən keçir və hazırda İtaliya yığması yenidən formalaşır. İndi Totti, Del Pyero kimi oyunçularımız yoxdur.
Əsas məqam işləməkdir və bunun üçün vaxta ehtiyacımız var. Bir-birimizi tanımalı, rəqabətə davamlı bir komanda formalaşdırmalıyıq. Lazım olan tək şey budur.
Türkiyə ilə matçda yaxşı oyun, aqressiv futbol gözləyirəm. Son bir neçə gündə üzərində çalışdığımız bəzi məqamlar olub. Amma qısa vaxtda nəyinsə dəyişməsini gözləmirəm”.
İtaliya Millətlər Liqasında I turda Belçikaya uduzub – 0:2. “Azzuri” bu gün II turda Türkiyə ilə üz-üzə gələcək. Matça saat 22:45-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Sentyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















