Icma.az
close
up
RU
Maneəsiz, sərbəst keçid təmin olunmalıdır

Maneəsiz, sərbəst keçid təmin olunmalıdır

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son 20 il ərzində ölkəmizdə yeni yolların çəkilməsi və köhnə yol-nəqliyyat infrastrukturunun müasir standartlara uyğun yenilənməsi həmin bölgələrdə yeni infrastrukturun qurulmasına və həmin ərazilərin canlanmasına təkan verib.

Yanvarın 28-də nəqliyyat sahəsinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə nəqliyyatla bağlı məsələlər daima diqqət mərkəzində saxlanılıb. Son 15 il ərzində Bakı şəhərində çoxsaylı mühüm layihələr həyata keçirilib, yeni metro stansiyaları istismara verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni magistral yollar çəkilib. Dövlətimizin başçısı qeyd edib ki, əgər bu layihələr həyata keçirilməsəydi, hazırda Bakı şəhərində nəqliyyat sistemi iflic vəziyyətinə düşə bilərdi. O, həmçinin əlavə edib ki, növbəti genişmiqyaslı proqramın qəbul edilməsi böyük əhəmiyyət daşıyır. Bu məqsədlə bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni dövlət proqramının hazırlanması ilə bağlı tapşırıq verilib və son aylarda bu istiqamətdə iş aparılıb. Müşavirədə də bu məsələlərin müzakirəsi aparılıb və lazımi qərarlar qəbul edilib.
Müşavirə zamanı Prezident İlham Əliyev son illərdə ölkədə bir sıra nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini qeyd edərək, kənd, şəhərlərarası və magistral yolların inşasının davam etdiyini vurğulayıb. O bildirib ki, 20 il əvvəlki duruma nəzər saldıqda yolların acınacaqlı vəziyyətdə olduğu aydın görünür. Hətta paytaxt Bakının əsas yolları beynəlxalq standartlara uyğun gəlmirdi. Lakin aparılan işlər nəticəsində yeni yollar salınıb, bütün şəhərlər müasir yollarla birləşdirilib, sərhəd məntəqələrimiz avtomagistrallarla bağlanıb. Kənd yollarının yenidən qurulması və təmiri 85–90 faiz səviyyəsinə çatıb və bu işlər üçün hər il maliyyə vəsaiti ayrılır.
Ölkəmizin İkinci Qarabağ müharibəsində qazandığı Qələbədən sonra irəli sürülən Zəngəzur dəhlizi layihəsinə də toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan artıq dörd ildən çoxdur ki, bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirir və 10 noyabr razılaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Sənəddə açıq şəkildə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin olunması nəzərdə tutulsa da, Ermənistan bu öhdəlikdən yayınır, müxtəlif əsassız bəhanələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycandan Azərbaycana maneəsiz, sərbəst keçid təmin olunmalıdır. Bu, ölkəmizin haqqıdır və bu prosesin həyata keçirilməsi Çin ilə Avropa arasında yük daşımalarının böyük bir hissəsinin Orta Dəhliz vasitəsilə daşınmasını stimullaşdıracaq. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi artacaq, həm ölkəmiz, həm də region dövlətləri iqtisadi qazanc əldə edəcək.
Beləliklə, nəqliyyat sektoru daim dövlətin diqqət mərkəzindədir. Zəngəzur dəhlizinin açılması artıq qaçılmaz bir reallıqdır və bu layihə təkcə regional deyil, həm də qlobal logistika sistemində mühüm rol oynayacaq. Dəhlizin fəaliyyəti nəqliyyat müddətini və xərclərini azaldacaq, Şərq-Qərb marşrutu üzrə məsafəni qısaldacaq və Azərbaycanın nəqliyyat şəbəkəsini həm Qara dəniz, həm də Aralıq dənizinə birləşdirəcək.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see267

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see252

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see245

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see243

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see242

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see238

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see236

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see226

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see223

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see214

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see213

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see210

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see209

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see208

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see193

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see191

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see185

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see181

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see179

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri