Icma.az
close
up
RU
“Mansur Yavaş AKP və MHP dən səs ala biləcək yeganə namizəddir” Politoloqdan seçki proqnozu

“Mansur Yavaş AKP və MHP dən səs ala biləcək yeganə namizəddir” Politoloqdan seçki proqnozu

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin ana müxalifət partiyası olan CHP-də (Cümhuriyyət Xalq Partiyası) yaşanan gərginlik ölkənin siyasi gündəmini dəyişib. Partiyadaxili böhranın yaratdığı yeni siyasi reallıq, Özgür Özəlin 90 millət vəkili ilə birlikdə CHP-dən ayrılaraq Yeni Partiyanı yaratmasının ardından müxalifətin prezident seçkilərinə hansı strategiya ilə gedəcəyi, vahid namizəd məsələsi və mümkün ittifaqlar əsas müzakirə mövzularına çevrilib.

Sherg.az xəbər verir ki, ABŞ-da yaşayan politoloq Zaur Bayramlı yaranmış siyasi vəziyyəti dəyərləndirərək müxalifətin prezident seçkiləri ilə bağlı mümkün ssenarilərini şərh edib. Politoloq hesab edir ki, əgər Mansur Yavaş CHP-də qalmaq məsələsində Özgür Özellə razılığa gəlibsə, böyük ehtimalla CHP-nin prezidentliyə vahid namizədi olması məsələsində də Kemal Kılıçdaroğlu ilə ortaq məxrəcə gəlinib.  

Onun sözlərinə görə, Mansur Yavaşın CHP-nin prezidentliyə namizədi olması durumunda Yeni Partiya seçkidə iştirak imkanı olmayan Ekrem İmamoğluya boşuna ümid bəsləməkdənsə, Mansur Yavaşın namizədliyini dəstəkləyər:

" Eyni zamanda təkbaşına, hətta ikisi bir ittifaq daxilindən namizəd çıxarmaları halında belə qalib gəlmək şansları olmayan Zafer və İYİ partiyaların da Mansur Yavaşın namizədliyinə dəstək vermək ehtimalları çox yüksəkdir. Zatən Mansur Yavaş seçilməsi durumunda partiya nişanını çıxararaq, tərəfsiz cümhurbaşqanı olaraq yoluna davam edəcək. Mansur Yavaş prezident seçildikdən sonra CHP, Yeni Partiya, İYİ və Zafer Partiyalarının milli kadrlarından ibarət gözəl bir komanda formalaşdıra bilər.  Muharrem İnce faktorunu da gözardı etmədən deyə bilərəm ki, bu ssenarinin baş tutması durumunda İnce, CHP-nin cümhurbaşqanı köməkçisi (vitse-prezident) namizədi olacaq.  Burda bir tək əngəl, Özgür Özelin də ətrafının qazına gələrək, öz namizədliyini irəli sürməsi ola bilər. Bu durumda avtomatik olaraq müxalifətin səsləri parçalanacaq və Türkiyə yenə də liderləri getdikcə fiziki və əqli sağlamlıqları zəifləyən AKP-MHP cütlüyünün idarəsində yeni və daha böyük faciələrə sürüklənəcək. Mansur Yavaş MHP və AKP içindən xeyli səs ala biləcək yeganə namizəddir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Avqust 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri