Icma.az
close
up
RU
MAQATE İranla bağlı qətnamə qəbul edib

MAQATE İranla bağlı qətnamə qəbul edib

Icma.az bildirir, Sia Az portalına istinadən.

Tehran üzərinə götürdüyü öhdəlikləri pozub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası səs çoxluğu ilə İranın Nüvə Silahlarının Yayılmaması Sazişi üzrə öhdəliklərinə əməl etmədiyini bəyan edən qətnamə qəbul edib. Dörd səhifəlik sənəd hələlik məxfi olaraq qalır.

SİA-nın məlumatına görə, qətnamədə Tehranın 2019-cu ildən bəri dəfələrlə MAQATE ilə tam əməkdaşlıq etməkdən imtina etməsi, monitorinqlərə mane olması, ərazilərin təmizlənməsi və Lavisan-Şiyan, Varamin və Türköz kimi elan edilməmiş bölgələrdə aşkar edilmiş uran izləri ilə bağlı texniki cəhətdən etibarlı izahatlar təqdim etməməsindən “dərin təəssüf hissi” ifadə edilir.
MAQATE qeyd edir ki, İran əməkdaşlıqdan imtina etdiyi üçün...

...Aşkar edilmiş nüvə materialının istifadə edildiyini, köçürüldüyünü və ya hələ də nəzarətdən çıxdığını təsdiqləmək mümkün deyil.

Həmçinin bildirilir ki, bu yerlərdə əvvəllər elan olunmamış proqram həyata keçirilib və ehtimal ki, 2000-ci illərin əvvəllərində başa çatıb.
Şura müəyyən edib ki, İranın hərəkətləri Əhatəli Təminatlar Sazişindən irəli gələn öhdəlikləri pozur və Agentliyin İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşıdığına əmin ola bilməməsindən ciddi narahatlığını ifadə edib.

Bu məsələ BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıla bilər. Qərarda pozuntuların dərhal aradan qaldırılmasının və yekun yoxlama üçün zəruri olan bütün saytlara, material və sənədlərə Agentliyə girişin təmin edilməsinin zəruriliyi vurğulanır.

Eyni zamanda, Rəhbərlər Şurası diplomatik həlli dəstəklədiyini bir daha təsdiqləyib və bütün tərəfləri konstruktiv dialoqa çağırıb.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri