Icma.az
close
up
RU
MAQATE rəhbərinin mühafizəsi gücləndirilib

MAQATE rəhbərinin mühafizəsi gücləndirilib

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, kəşfiyyatdakı mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Avstriya kəşfiyyatı (MAQATE-nin qərargahı Vyanadadır) üçüncü tərəfdən məlumat aldıqdan sonra Qrossinin mühafizəsinə bu ölkənin elit xüsusi təyinatlı “Kobra” bölməsinin üzvləri təyin edilib. Bu xüsusi təyinatlı dəstə terrorizmlə mübarizə və mühüm şəxslərin müdafiəsi üzrə ixtisaslaşıb.
Başqa bir mənbə təhdidin birbaşa İranın özündən gəldiyinin ehtimal olunduğunu və hakimiyyətin buna ciddi yanaşdığını deyib.
MAQATE-nin sözçüsü Fredrik Dal xüsusi təyinatlılar barədə məlumatı təsdiqləsə də, bunun məhz İrandan gəldiyini bildirməyib.
“Biz təhlükənin konkret olaraq haradan gəldiyini deyə bilmərik”, - Fredrik Dal vurğulayıb.
“WSJ” xatırladaır ki, İran Qrossini iyun ayında İsraillə 12 günlük müharibəyə başlamaqda günahlandıraraq, MAQATE-nin nüvə proqramı ilə bağlı hesabatlarının qərəzli və əsassız iddialarla dolu olduğunu açıqalyıb.
Döyüşlər başa çatdıqdan sonra qurumun müfəttişlərinin təhlükəsizliyindən ehtiyatlanan Rafael Qrossi Tehranın razılığı ilə onları İrandan çıxarmaq üçün əməliyyat təşkil etdi. İranın ali dini lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Laricani isə müharibədən sonra “Qrossi ilə məşğul olacağına” söz verib.
İranın “Kayhan” qəzeti Qrossini “İsrail casusu” adlandıran məqalələr dərc edib. Bu iddiaları rədd edən MAQATE rəhbəri agentliyin müstəqil və neytral qurum olduğunu söyləyib. O, dəfələrlə ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını beynəlxalq hüququn pozulması kimi pisləyib.
İyunun 22-nə keçən gecə ABŞ-nin hücumundan əvvəl İran hakimiyyəti agentlik işçilərinin sentrifuqaların əksəriyyətinə girişini məhdudlaşdırmışdı. İyulun əvvəlində isə Tehran MAQATE ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Avqust 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri