Icma.az
close
up
RU
Maqdeburqda həlak olan 5 nəfərin 4ü qadın, 1i uşaqdır

Maqdeburqda həlak olan 5 nəfərin 4ü qadın, 1i uşaqdır

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərindəki Milad bazarında dekabrın 20-də axşam saatlarında törədilən qanlı hadisə nəticəsində həlak olanlar barədə bəzi məlumatlar açıqlanıb.
Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan beş nəfərdən dördünün qadın, birinin isə 9 yaşlı uşaq olduğu bildirilir.
Qanlı hadisə nəticəsində 200-dən çox insan xəsarət alıb ki, onların 40-nın vəziyyəti ağır qiymətləndirilir.
Hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Şəhər sakinləri hadisənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini ehtiramla yad edirlər. İnsanlar Milad yarmarkasının girişində və yaxınlıqdakı Müqəddəs İohann kilsəsinin qarşısında şamlar yandırır və çiçəklər düzürlər.
Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb A. adlı şəxs ötən gün yerli vaxtla saat 19:04-də (Bakı vaxtı ilə 22:04) yüksək sürətlə idarə etdiyi “BMW X3” markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürüb.
 

Avtomobil yarmarkanın ərazisində 400 metr məsafədə hərəkət edərək qarşısına çıxan şəxsləri vurub. Hadisə yerində yaxalanan həmin şəxsin 2006-cı ildən Almaniyada yaşadığı və Bernburq şəhərində həkim (psixiatr) işlədiyi müəyyən edilib. Onun sosial mediada İslam dini əleyhinə çıxış və çağırışlar etdiyi məlum olub.


Qeyd edək ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri