Icma.az
close
up
RU
Maradonanın son saatları ilə bağlı Yeni detallar üzə çıxdı

Maradonanın son saatları ilə bağlı Yeni detallar üzə çıxdı

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

2020-ci ildə vəfat edən Argentina futbolunun əfsanəsi Dieqo Armando Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində yeni detallar ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, onun son günlərində yanında olan masaj terapevti Nikolas Taffarel futbolçunun ölümündən bir gün əvvəl dediyi son sözləri açıqlayıb.

Taffarel Buenos-Ayresdə Maradonanın ölümü ilə bağlı keçirilən məhkəmə iclasında şahid qismində ifadə verib. O bildirib ki, 24 noyabr 2020-ci ildə Maradonanı sonuncu dəfə ziyarət edərkən futbolçunun vəziyyəti ciddi şəkildə pisləşmişdi.

Maradonanın həyatının son iki həftəsində onunla birlikdə olan Taffarelin sözlərinə görə, futbolçu həmin dövrdə yataqdan qalxmaq, yemək yemək, paltarını dəyişmək, çimmək və hətta masaj olunmaq istəmirdi.

Taffarel bildirib ki, ölümündən bir gün əvvəl Maradona ona “Heç nə istəmirəm, vəssalam” deyib. Masaj terapevti bu ifadənin Maradonanın ona dediyi son sözlər olduğunu qeyd edib.

Onun sözlərinə görə, Maradona günlərlə yataqdan qalxmırdı və vəziyyəti getdikcə ağırlaşırdı.

Taffarel Maradonanın səhhəti ilə bağlı narahatlığını dəfələrlə şəxsi həkimi Leopoldo Lukeyə çatdırdığını söyləyib.

O, həkimə Maradonanın vəziyyəti barədə “O, tamamilə şişib”, “26 saatdır yatır” və “Sən gəlməlisən, Leito” məzmununda mesajlar göndərdiyini bildirib.

Taffarelin sözlərinə görə, Luke isə buna “Sakitləş”, “Bu normaldır” və şişkinliyin azalacağını bildirən cavablar verib.

Lakin masaj terapevti Maradonanın vəziyyətinin yaxşılaşmadığını, əksinə, getdikcə pisləşdiyini deyib. O, səhhətindəki ciddi problemlərə baxmayaraq, vaxtında və konkret müdaxilə görmədiyini bildirib.

Məhkəmədə Maradonanın sidikqovucu dərmanının ölümündən əvvəl dayandırılması məsələsi də gündəmə gəlib.

Taffarel bu qərarın həkimlər tərəfindən verildiyini və bununla bağlı Leopoldo Lukedən soruşduğunu bildirib. Lukeyə görə, qərarı “Swiss Medical” Səhiyyə Müəssisəsinin həkimləri verib.

Lakin məhkəmədə səsləndirilən məlumatlara əsasən, “Swiss Medical” tərəfindən məsləhətçi təyin olunan həkim Pedro Di Spaqna Maradonanı cəmi bir dəfə ziyarət edib və həmin görüş zamanı hər hansı dərmanın dayandırılması barədə qərar qəbul edilməyib.

Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Onun ölümünün səbəbləri və son günlərində göstərilən tibbi yardım hazırda məhkəmə araşdırmasının əsas mövzularındandır.

İş üzrə Maradonanın şəxsi həkimi Leopoldo Luke, psixiatr Aqustina Kosaçov, psixoloq Karlos Dias, “Swiss Medical” evdə qulluq koordinatoru Nensi Forlini, həkim Pedro Di Spaqna, tibb bacısı koordinatoru Mariano Perroni və tibb bacısı Rikardo Almiron qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunurlar.

Maradonanın ilkin autopsiya hesabatında onun yuxuda xroniki ürək çatışmazlığı nəticəsində yaranan kəskin ağciyər ödemindən öldüyü bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Avqust 2026 05:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri