Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Marafonda 42 km qaçan naşir: “Utanmır, hələ qaçır da…”

Marafonda 42 km qaçan naşir: “Utanmır, hələ qaçır da…”

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Marafon 42 km

Bayraq Meydanından sahilə enəndə Emin müəllimi görürəm. Marafonöncəsi əsas məsləhətçim olub. Qidalanma və hazırlıqla bağlı heç bir sualımı cavabsız qoymayıb.

Start nöqtəsində bir qədər isinmə hərəkətləri etdik, şəkillər çəkdirdik. Tanışlar çoxdur. Gödəkçəm artıq ağırlıq edir, amma qoymağa yer də yoxdur. Başlamağı gözləmək həyəcanlıdır.

Nəhayət yola düşdük. Dəniz moladək basabasdır. Molun yanında gənclər orkestrinin ritmik ifaları əhvalımı yüksəldir. Ümumiyyətlə, yolboyu könüllü gənclər komandası qaçışçılara su verir, musiqi qrupları isə şən musiqilərlə bizə dəstək olurlar. Əllərimdə keyimə hiss etdim. Ovuşdurub döyəclədim keçdi.

Türkiyədən gələn biri yaxınlaşıb mənimlə selfi çəkdi. Elə bildim hardansa tanışıq. Bir az söhbət edəndə gördüm yox. İnstaqram səhifəmi istədi ki, şəkli ora göndərsin.

– Abi, siz çox ünlü birisiniz, – deyə zarafat etdi.

Adətən dəniz sularında, yaxud sahilboyu daşların üstündə qağayılar oturardı. Amma heç bir canlı gözümə dəymirdi. İki gün öncə atəşfəşanlıq olub, yəqin qorxub oranı tərk etmişdilər.

Yusif Səfərov küçəsində güclü külək əsirdi. Arxamdan səs eşitdim:

– Abi, sərt küləkdir, olar arxanca gəlim?

– Əlbəttə, – dedim.

10-cu kilometrə çatmamış yolda bir mübahisənin baş verdiyini gördüm. Qarşıda qaçan bir gənc geri dönərək daha üç gəncin üstünə getdi. Az qala dava düşəcəkdi:

– Bu nə tərbiyəsizlikdir?

Başa düşdüm ki, həmin gəncin yanında xanımı da var imiş və o üç nəfər qadına nəsə artıq söz deyib. Gənc bir qədər irəlidə olsa da bunu eşidib geri qayıtmışdı.

Yaxşı ki, həmin üç nəfər dərhal səhvlərini anladılar və cavab vermədilər. Açığı, davranışları doğrudan da çox tərbiyəsiz idi. Üstəlik, əyinlərində ağ mayka vardı və arxasında böyük hərflərlə DSX yazılmışdı. Yəqin hansısa qurumu təmsil edirdilər və üzərlərində onları tanıdan nişan olduğunu unudurdular.

Yola davam etdik. Həmin gənc məndən bir qədər irəlidə qaçırdı, amma xanımı geridə qalmışdı. Tez-tez boylanıb arxaya baxırdı, narahat görünürdü. Sevgi parkının yanında yaxınlaşıb kürəyinə toxundum:

– Belə gərgin olsan, marafonu qaça bilməzsən. Mən də ailəmləyəm.

Sözlərimi anlayışla qarşıladı.

– Xanımıma söz vermişəm birlikdə qaçaq, – dedi.

– Ailəlylə qaçmaqdan gözəl nə ola bilər? Amma kənardan deyilən sözlərə hər dəfə reaksiya versən yol səni yoracaq. Nə oldusa unut, rahat qaç. Sən öz tempində qaç, yoldaşın da sənə çatacaq.

Söhbət edə-edə yolumuza davam etdik. Heydər Əliyev prospektinə çıxanda gördüm ki, doğrudan da xanımı arxadan gəlib bizə çatdı və bir müddət birlikdə qaçdıq.

Körpünün altından keçib prospekt boyu irəlilədik. Gənc cütlük məndən irəlidə qaçmağa davam edirdi. Yanımdan keçən biri rusca dedi:

– Nelzya sdavatsa.

Bilmədim bunu mənə dedi, yoxsa özünə. Ona baxıb gülümsədim.

Yolun kənarında dayanan polis arxada qaçanlardan birinə qışqırdı:

– Sən 885-ci adamsan!

Bu mənə maraqlı gəldi. Polisə baxıb əl elədim. Hər yerdə, hər zamana uyğun özünə iş tapan insanları sevirəm.

Heydər Əliyev prospektindən sağa dönəndə yolları təmizləyən süpürgəçi xanımlar diskotekadakı kimi rəqs edirdilər. Ləngiyib şəkillərini çəkdim. Videoya alınmadı, əllərim əsirdi. İlk dəfə orada su içdim. Yolboyu su verirlər, qaçanlar da bir qurtum alıb qabları yerə atırlar. Bəzən adamın ayağına dolaşır.

“Baku Arena”nın yanında çevrəni dolanıb tuneldən keçdik. Arada başımı qaldırıb köhnə zavod binalarına baxıram.

Ziya Bünyadov prospektində yolun kənarına banan qabıqları tökülüb. Yol qırağında dayananlardan biri o birini dümsükləyib başı ilə məni göstərdi:

– Hələ ona bax!

Doğrusu, nə mənada dediyini anlamadım. Yəqin saqqalıma işarə edirdi.

“Utanmır, hələ bir qaçır da…” – deyə düşündüm öz-özümə.

Böyükşor küçəsində başımı qaldırıb havaya baxdım. Lopa-lopa qara buludlar yağışdan xəbər verirdi. Amma yağmaz deyə düşündüm. Yol gölün içindən keçir. Hər iki tərəfdəki sular elə buludlar kimi tutqun görünürdü.

İki xanımın söhbəti qulağıma çatdı:

– Nazını həmişə çəkiblər. Belələri var. Ömürboyu hər kəs nazını çəkir.

Yəqin hansısa rəfiqələrindən danışırdılar.

– Belə adamların bəxti də olur.

Külək əsirdi. Gölün üfunəti adamın burnuna dolurdu. Qarşıda sərt yoxuş görünürdü. Addımlarımı kiçiltdim. Bəziləri iri addımlarla sadəcə yeriyirdi. Onlar kimi etmək istəmirdim.

Əlil arabasında birini itələyirdilər. “Necə gözəl insanlar var…” – deyə düşündüm.

Yenə hansısa tunelə giririk ardından körpü gəlir. Ətrafda neft buruqları görünür. Gör neçə ildir durmadan işləyirlər. Ətraf depressiv görünür. Baxmasam yaxşıdır.

Ağlımda isə bir sual dolaşırdı: niyə məni tanıyan da, tanımayan da “sona qədər qaçacaqsan?” deyə soruşur? Halbuki mən bir an belə yarıda qalmağı düşünməmişdim.

21-ci kilometrə yaxınlaşanda çoxlu qaçışçının burada dayandığını gördüm. Buradan xüsusi avtobuslar finişə gedirdi. Davam etmək istəməyənlər avtobusa minirdi.

Burada banan, peçenye və su verirdilər. Bir banan götürüb yola davam etdim. Yarısını özüm yedim, yarısını isə yanımda qaçana verdim.

21 kilometri yaxşı qaçmışdım. Nəfəsim yerində idi, ürəyim də yaxşı işləyirdi. Heç nədən darıxmırdım.

Tədricən belimdə ağrılar əmələ gəlirdi. Hava da soyumuşdu. Gödəkçəni büküb belimə bağlamışdım. Yolboyu yadıma düşməmişdi, indi soyuq onu mənə xatırlatdı.

Az sonra qıçlarımdakı ağrı şiddətləndi. Sərt hərəkət etməkdən qorxmasaydım, yanakı qaçardım. Bir neçə dəfə yanakı qaçmağa cəhd etdim. Faydalı oldu.

Yanımda qaçan qadınla kişi ləzzətlə peçenye yeyirdilər. “Kaş 21-ci kilometrdə heç olmasa iki ədəd götürərdim…” İndi mənə güc verərdi. Kişi peçenyenin bir paçkasını bitirdi, qadının əlində isə hələ də vardı. “Görən istəsəm necə olar?” – deyə düşündüm. Çox ehtiyac hiss edirdim. Amma istəmədim.

Boş paçkanı yerə atıb son peçenyeni ağzına aparanda ona baxdım. Yolun kənarındakı sarı çiçəklər və lalələr elə gözəl görünürdülər, əhvalım açıldı.

25-ci kilometrdən sonra bir az da zəiflədim. Sürətim xeyli azaldı. Soyuq külək vurduqca tərim quruyur, vücudum qaxaca dönürdü.

Gödəkçəni belimdən açıb geyindim.

Bir müddət belə davam etdim. Yenə növbəti yüksəklik başladı. İrəlidəkilərdən kimsə kənara səsləndi:

– Əmi, ay əmi, bura haradır?

Naməlum səs cavab verdi:

– Pirşağı!

– Hara?

– Pirşağı!

Soruşan adam təpənin başını aşırdı, orsa külək daha sərtdir. “Əmi”nin səsini eşitməsi mümkün deyildi. Axırda “əmi” cavab vermədi.

Belimdəki ağrı keçmişdi. Canım isinmişdi. Qəfi ağrılar ayaqlarımda başladı. Kedalarım rahat idi. Barmaqlarım sıxılmırdı. Əvvəllər barmaq uclarım qançır olardı, indi isə yox. Amma ayağımın altı köz kimi yanırdı.

“Məncə problem corabdadır,”. Altı qalın olanı seçmişdim, indi isə həddindən artıq istilik verirdi. Boğazı da uzun və dar idi, ayağımı sıxırdı. Elə bil ayağım qopacaqdı.

Ayağımın üstündəki xırda sümüklər gizildəyirdi, mən onu eşidirdim.

Kənara çəkilib corabın boğazını aşağı endirdim, topuğuma qədər. Sonra qaçmağa davam etdim. Deyəsən ayaqlarımla dil tapa bilmişdim.

Artıq çevrə yolundaydım. Buradan finişə yol düzdür. Qaçış ritmim sabit idi. Gözümə görünən tək şey tunellər idi. Son tuneli də geridə qoydum.

İndi artıq bananlar, peçenyelər, enerji gelləri daha çox görünürdü. Yoldan çıxmaq istəmirdim.

Səkiyə yaxın qaçanlardan biri yerə uzanmışdı, ətrafına adamlar toplaşmışdı. Kimsə yarıyolda qalmışdı. “Təki salamatlıq olsun…”.

Nəhayət çevrə yolundan Sibriz ərazisinə keçdik. “Finişə 3 km qalıb” lövhəsinədək yaxşı gəldim. Hətta gödəkçəni çıxarıb boynuma doladım.

Amma bu 3 kilometr heç cür bitmək bilmirdi. Elə uzanırdı ki…

Yolun qırağında qaçanlardan biri halsızlamışdı, polis ucadan deyirdi: kal barmağını hərəkət etdir. Dayanma!!

Telefona baxdım – 43 kilometr göstərirdi. Deməli, bir kilometr artıq qaçmışam, amma hələ də finiş görünmür.

Könüllülərdən biri:

– Az qalıb, davam! – deyə qışqırdı.

Amma nədənsə ona da tam inana bilmirdim.

Və nəhayət, finiş qapısı göründü.

Bütün gücümlə ora doğru şığıdım…

Alqış səsküyündə bir səsi tanıdım “Bravo, Bravo” qışqırırdı…


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 May 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri