Icma.az
close
up
RU
Maraqlıdır, bu həqiqəti gizlətməyə hesablanmayıb ki..?

Maraqlıdır, bu həqiqəti gizlətməyə hesablanmayıb ki..?

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

ABŞ Dövlət Departamenti vəsait ayırmadığı üçün müharibə cinayətlərinin monitorinqi qrupu bağlanıb…

...Deməli, Rusiyanın Ukraynada törətdiyi əməllərə dair sübutların toplanmasında mühüm rol oynamış Yale Universitetinin bölməsi ABŞ Dövlət Departamentinin maliyyəni kəsməsindən sonra martın 28-də bağlanacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Yale Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyasının icraçı direktoru Nathaniel Raymond, bu addımı müharibə cinayətlərinin sənədləşdirilməsi və insanların məsuliyyətə cəlb edilməsi səylərinə “fəlakətli zərbə” adlandırıb.

Raymondun sözlərinə görə, hazırda bölmə Rusiya tərəfindən Ukraynadan qaçırılan 35 min uşağın harada olduğunu izləyir. Uşaq oğurluğu müharibə cinayətidir və Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən bu cinayətdə ittiham olunub.

...İş yerlərimizin itirilməsi həqiqəti ört-basdır etmək və məsul şəxslərin məsuliyyətə cəlb edilməsinə mane olmaq istəyənlərin növbəti qələbəsidir.

Bunu Raymond bildirib.

...Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti Yale Universitetinə maliyyənin kəsildiyini təsdiqləyib.

Və bununla bağlı daha çox məlumat almaq üçün o, jurnalistləri hökumət müqavilələri ilə məşğul olan qeyri-kommersiya təşkilatı MITRE-ə yönləndirib, lakin şərh sorğusuna dərhal cavab verməyib...

...Yel bölməsinin işi açıq mənbə araşdırmalarına əsaslanır və Rusiyanın sistematik şəkildə uşaqları Ukraynadan çıxardığına dair ətraflı sübutları ehtiva edir. Yale Universitetinin tədqiqatçıları dekabr ayında dərc etdikləri son hesabatda Rusiya fərdləri və ailələri tərəfindən “sistemli məcburi övladlığa götürmə və himayə proqramı”na məruz qalan 314 uşağın taleyini sənədləşdiriblər.

Raymond tapıntıları BMT Təhlükəsizlik Şurasına təqdim edərək, “...ən azı bir halda, rus ailələrinə yerləşdirmənin bir hissəsi olaraq, qardaşlar Rusiya tərəfindən ayrılıb, - deyib.

O qeyd edir ki, onun qrupunun işi "həqiqətən qəhrəmanlıq" idi, çünki üç il ərzində müharibə cinayətlərini və insanlığa qarşı cinayətləri sənədləşdirmişdir.

O, qrupun son günlər fəaliyyətini davam etdirməyə çalışdığını, lakin peyk şəkillərinə çıxışın da kəsildiyi üçün buna mane olduğunu bildirib.

...Biz Rusiyada və işğal olunmuş ərazilərdə potensial ola biləcək 35 min uşağı Qara dənizdən Sakit okean sahillərinə qədər yenidən təhsil düşərgələri, himayədar ailələr və övladlığa götürmə agentlikləri də daxil olmaqla 100-dən çox yerdə izləyirik.

Bunu deyən Raymond, həmçinin komandasının üç illik məlumatların kütləvi arxivinə girişi itirdiyini söyləyib. Onlar əvvəllər Dövlət Departamentinin proqramı vasitəsilə məlumatlara çıxış əldə etmişdilər.

Bir müddət əvvəl bir qrup ABŞ qanunvericisi ABŞ dövlət katibi Marko Rubioya məktub yazaraq arxivin silinmiş ola biləcəyinə inandıqlarını bildirib.

Qaçırılan uşaqların geri qaytarılması məsələsi Ukrayna və Rusiya arasında gələcək sülh sazişinin mərkəzi nöqtələrindən biridir. Martın 11-də çıxış edən Rubio deyib ki, həll edilməli çoxlu məsələlər var, ən azı humanitar məsələlər, elə o cümlədən uşaqlar...

...Sülhə aparan davamlı yol humanitar yardımın göstərilməsi, xüsusən də hərbi əsirlərin mübadiləsi, mülki şəxslərin azad edilməsi, qanunsuz deportasiya edilmiş və Rusiya, eləcə də Belarusiyaya köçürülmüş bütün ukraynalı uşaqların, digər mülki şəxslərin geri qaytarılması səylərini əhatə etməlidir.

Qeyd edilməlidir ki, martın 20-21-də keçiriləcək Avropa İttifaqı sammitinin “Azadlıq” radiosunun nəzərdən keçirdiyi yekun bəyanat layihəsində bu məsələ vurğulanır.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Mart 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri