Mareska maliyyə qalmaqalına münasibət bildirdi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska klubun İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
QOL.az xəbər verir ki, italiyalı mütəxəssis “Liverpul”la oyundan əvvəl klubun rəsmi saytına açıqlamasında vəziyyətə görə narahat olmadığını deyib.
“Düzünü desəm, mən çox sakitəm. Klub bu məsələyə aydın qiymət verib. Biz kluba tam güvənirik. Ətrafımızda belə səs-küyün olması qaçılmazdır. Lakin bizim üçün əsas məsələ nəyi idarə edə bildiyimizdir. Biz yalnız futbol tərəfinə nəzarət edə bilərik.
Hisslərimiz fantastikdir. Futbolçular qarşıdakı iki oyunu səbirsizliklə gözləyirlər. Xüsusilə də hazırda liqanın lideri olmağımız onları sevindirir. Onlar yalnız buna kökləniblər.
Futbolçular nə etməli olduqlarını yaxşı bilirlər və ətraflarında səs-küy olduğunu anlayırlar. Amma bu, onları çox narahat etmir. Hazırda bütün diqqətimizi “Liverpul”un təzyiqinə necə tab gətirəcəyimizə və azarkeşlərimizlə birlikdə “Enfild”də qələbə qazanmağa çalışacağımıza yönəltmişik".
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 5 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. "Liverpul" - "Mançester Siti" matçı isə oktyabrın 11-də keçiriləcək.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Oktyabr 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















