Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Mariya Stadnik: Bütün nailiyyətlərimi Azərbaycanın dəstəyi ilə qazanmışam VİDEO

Mariya Stadnik: Bütün nailiyyətlərimi Azərbaycanın dəstəyi ilə qazanmışam VİDEO

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 fevral, AZƏRTAC

Bu günlərdə (iki gün əvvəl) əfsanəvi idmançı, Olimpiya Oyunlarında Azərbaycanın yeganə 5 qat iştirakçısı, 4 qat mükafatçısı, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunları və İslam Həmrəylik Oyunlarının 2 qat qalibi Mariya Stadnik karyerasını başa vurduğunu elan edib. O, Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsinə təyin olunub. Tanınmış idmançı AZƏRTAC-ın qonağı olub və idmansevərləri maraqlandıran sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Böyük idmanla rəsmən vidalaşdınız. Bu haqda ilk dəfə nə vaxt düşünmüsünüz?

- Parisdə keçirilmiş Olimpiya Oyunlarından sonra, bəlkə də daha əvvəl karyeramı başa vurmaq haqqında düşünməyə başladım. Mənim üçün sonuncu olan Olimpiadada iştirak etmək üçün lisenziya almışdım. Bu, mənim son şansım idi. İdmanla sakit vidalaşmaq üçün bütün şanslarımdan istifadə etmək istəyirdim. Dərk edirdim ki, idmanda əlimdən gələni etmişəm. Ona görə də Parisdəki Oyunlardan sonra fikirləşdim ki, artıq bitirmək və digər rolda güləş üçün fayda vermək vaxtıdır.

- İdmansevərlər düşünürdülər ki, siz karyeranızı bu il Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəylik Oyunlarından sonra başa vuracaqsınız...

- Bəli, ola bilərdi. Lakin mənim də öz planlarım var idi.

- Siz dünya güləşinin əfsanələrindən biri hesab edilirsiniz. Azərbaycan bayrağı altında çıxış etməyi seçərkən, böyük nailiyyətlər qazanacağınızı düşünürdünüzmü?

- Həyatda həmişə maksimum nəticə əldə edəcəyimə inanmışam və ümid etmişəm. 17 il əvvəl mənə və potensialıma inanan Azərbaycanın dəstəyi ilə hazırda əldə etdiyim nəticələri birgə qazanmışıq.

- İstənilən idmançının arzusu Olimpiya çempionu olmaqdır. Olimpiadada sizi nəinki Azərbaycan və Ukrayna, digər ölkələrdə də dəstəklədilər. Yəqin ki, sonuncu addım daha çətin oldu?

- Düzünü desəm, mən başa düşürdüm ki, sonuncu Olimpiadada qızıl medal almaq çətin olacaq. Lakin son ana qədər ümidimi itirmədim və onu qazanmaq üçün əlimdən gələni etdim. Ancaq bu idmandır. Demək ki, qismət deyilmiş.

- İdman karyeranızda hansı anlar gözlərinizi yaşardıb?

- 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya Oyunlarındakı məğlubiyyət. Ancaq bu, yəqin ki, göz yaşı deyildi. Bu, döyüşün bitməsinə saniyələr qalmış qızıl medalı əldən verməyin şoku idi. Yəqin ki, karyeramda ən kədərli hadisə məhz budur. Ən sevincli an isə Bakıda keçirilmiş Avropa Oyunlarının finalı idi. Həmin vaxt bütün zal məni dəstəklədi və biz birlikdə qələbəni qeyd etdik.

- Siz bir çoxlarının kumirinə çevrilmisiniz. Bəs sizin üçün nümunə sayıla biləcək idmançı kimdir?

- Bilirsiniz, həyatda konkret kumirim olmayıb. Mən həmişə uğur qazanan insanları izləməyə, onlardan özüm üçün faydalı nümunələr götürməyə çalışmışam. Mənə və işimə yarayan nəticələri çıxarmışam. Yəni, konkret kimisə örnək götürdüyümü deyə bilmərəm.

- Yeni vəzifədə federasiya rəhbərliyi qarşınıza hansı hədəfləri qoyub?

- Karyeramı başa vurandan sonra güləş və ümumiyyətlə komanda üçün hansı rol və vəzifədə daha çox fayda verəcəyimi fikirləşirdik. Hazırda qadın güləşi üzrə koordinatoram. Yəni, növbəti Olimpiadaya qədər olan müddət ərzində məşqçilərin işinə, bütün proseslərin planlaşdırılmasına, daha dəqiq desəm, qarşıya qoyulmuş planın icrasına nəzarət edəcəyəm.

- Məşqçi olmaq barədə düşünmüsünüz?

- Xeyr, düşünməmişəm. Çünki, fikirləşirəm ki, nəsə etmək istəyirsənsə, bir işin qulpundan yapışmaq lazımdır. Zalda olsam, digər sahələrdə, məsələn, Azərbaycan qadın güləşinin inkişafına dəstək ola bilməyəcəyəm. Qərara aldım ki, federasiyada olmaq daha düzgün seçimdir. Bu halda qadın güləşinin inkişafı üçün çox iş görmək olar.

- Azərbaycanda qadın güləşinin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Perspektiv var. Bizim fiziki cəhətdən yaxşı hazırlıqlı qızlarımız var. Sadəcə, bir az istiqamət vermək tələb olunur. Məsələn, mənim məşq etdiyim metodikanı onlara öyrətmək lazımdır. Bundan başqa, psixoloji durum və öz gücünə inam lazımdır. Hesab edirəm ki, bəzi kiçik dəyişikliklər yaxşı nəticə verə bilər.

- Medal qazandığınız görüşlərdən sonra fəxri kürsüdə dayanarkən Azərbaycan Himni səslənəndə hansı hissləri keçirirdiniz?

- Himn səslənəndə adam fəxr hissi keçirir. Çünki başa düşürsən ki, bütün dünya sənə baxır. Təmsil etdiyin ölkənin himni səslənir və bu an bütün Azərbaycan səni izləyir. İnsanlar nəinki mənimlə, öz ölkələri ilə də fəxr edirlər. Çünki bizim ölkə ən yüksək zirvədə qərarlaşa bilib.

- Son beş Olimpiadada iştirak etmisiniz. Ölkəmiz üçün hansını daha uğurlu hesab edirsiniz?

- Yəqin ki, London və Rio-de-Janeyroda keçirilmiş Olimpiadaları. Rioda çoxlu medal qazansaq da, Londondakı Olimpiadanı daha uğurlu hesab edirəm.

- İki övladınız var. Maraqlıdır, onları hansı istiqamətə yönəldəcəksiniz? Övladlarınız da sizin kimi idmançı olmaq istəyirlər?

  - İlk növbədə istəyirəm ki, övladlarım tərbiyəli insanlar olsunlar. İstədikləri idman növünü seçə bilərlər. Onlara bu məsələdə azad seçim hüququ verirəm. Yəni, nəyi xoşlayırlarsa, onunla da məşğul olsunlar. Lakin çalışıram ki, özümün də yaşadığım bəzi həyat prinsiplərini onlara aşılayım. Qızım balaca olanda mənimlə birgə məşqə gəlməyi xoşlayırdı. İndi isə yox. İndi onları heç cür zala gətirə bilmirəm. Oğlum boksla, qızım isə rəqslə məşğuldur. Hələlik güləş haqqında fikirləşmirlər. Səbəbini bilmirəm. Yəqin ki, analarının zalda çox vaxt keçirdiyinə görədir. İndi belə istəkləri yoxdur. Bəlkə gələcəkdə fikirləri dəyişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri