Icma.az
close
up
RU
Mark Rütte: Güclü müdafiə sənayesi olmadan müdafiə, güclü Transatlantik bağ olmadan isə Avropanın təhlükəsizliyi mümkün deyil

Mark Rütte: Güclü müdafiə sənayesi olmadan müdafiə, güclü Transatlantik bağ olmadan isə Avropanın təhlükəsizliyi mümkün deyil

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 25 iyun, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rütte Alyansın Haaqada keçirilən Sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda müttəfiqləri, tərəfdaşları və sənaye nümayəndələrini “yeni istehsal müharibəsi”ndə qalib gəlmək üçün birləşməyə, innovasiyaya və nəticə göstərməyə çağırıb.

AZƏRTAC Alyansın saytına istinadla xəbər veri ki, Baş katib çıxışında NATO-nun müdafiə sənaye potensialını gücləndirmək, əməkdaşlığı artırmaq, innovasiyanı inkişaf etdirmək, yüzlərlə yeni və mövcud istehsal xəttini genişləndirmək istiqamətində atdığı ciddi addımları vurğulayaraq deyib: “Güclü müdafiə sənayesi olmadan müdafiə mümkün deyil, güclü Transatlantik bağ olmadan isə Avropanın təhlükəsizliyi mümkün deyil”.

Müttəfiqləri və sənaye sektorunu daha çox, daha yaxşı və birlikdə çalışmağa çağıran M.Rütte NATO-nun sənayeyə açıq və güclü tələbatı olduğunu vurğulayaraq, bunun müttəfiqlərin razılaşdırdığı böyük miqyaslı yeni hərbi qabiliyyət hədəfləri ilə ifadə edildiyini diqqətə çatdırıb.

O, Avropa İttifaqının müdafiə sahəsində 800 milyard avroya qədər vəsait ayırmağı nəzərdə tutan “Hazırlıq 2030” (Readiness 2030) planını alqışlayıb və Transatlantik müdafiə əməkdaşlığının qarşısındakı maneələrin aradan qaldırılmasına çağırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə çıxışında daha çox təhlükəsizlik yardımının və NATO ilə Ukrayna arasında müdafiə sənayesi sahəsində əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini qeyd edib. O, Ukraynanın inkişaf edən müdafiə sənayesini, xüsusilə PUA sahəsində dünya lideri mövqeyini vurğulayaraq, bunun gələcək əməkdaşlıq üçün cəlbedici əsas yaratdığını bildirib.

Alyans və digər ölkələrin müdafiə nazirlərini, sənaye liderlərini və ekspertləri bir araya gətirən NATO Müdafiə Sənayesi Forumunun məqsədi Transatlantik müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək, istehsal gücünü artırmaq, innovasiyaya dəstək vermək və kommersiya kosmik sektorunun potensialından istifadə yollarını müəyyənləşdirməkdir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri