Marko Rossi: Azərbaycanla oyunda qələbəsizlik seriyasının başa çatacağına ümid edirəm
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Beş oyunluq qələbəsizlik seriyasının növbəti matçda başa çatacağına ümid edirəm". Sport24.az xəbər verir ki, bu sözləri iyunun 10-da Bakıda Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.
Mütəxəssis ötən gün İsveçə 0:2 hesabı ilə uduzduqları matçda çoxlu səhvlər etdiklərini söyləyib:
"Növbəti qarşılaşmalarda bunları təkrarlamamalıyıq. Futbolda yalnız nəticə önəmlidir. Ona görə də tənqidləri qəbul etməliyik. Lakin inamı da itirməyə imkan verməməliyik. Oyunlarda qol imkanları yaradırıq. Amma sadəcə bununla kifayətlənmək olmaz. Həmin şansları qola qola çevirmək lazımdır".
Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu iyunun 10-da Bakıda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















