Icma.az
close
up
RU
Статья не опубликована
“Marqara” Şuşa Bəyannaməsinə ziddir

“Marqara” Şuşa Bəyannaməsinə ziddir

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Marqara” keçid məntəqəsinin açılması Ermənistan-Türkiyə sərhədinin açılması olmasa belə, Bakıda haqlı suallar yaradır.

- Keçid məntəqəsinin açılması Ankara-İrəvan xəttində münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqların - “Marqara” məntəqəsinin inşası, Türkiyə-Ermənistan rəsmilərinin sərhəddə görüşü, türkiyəli jurnalistlərin İrəvanda Paşinyanla xoşniyyətli müsahibəsinin məntiqi nəticəsidir: Türkiyə bu danışıqlarla bağlı Azərbaycanı niyə məlumatlandırmayıb?

- Ankara sərhədləri bağlı saxlasa da, Ermənistandan Türkiyəyə və əksinə yük daşımalarının, eləcə də səyahətlərin olduğu məlumdur: hər şey həqiqətən Ermənistanın “Suriyaya humanitar yardım aparması”ndan ibarətdirsə, niyə indiyə qədər istifadə edilən yollardan yox, məhz “Marqara”dan keçirlər?
“Marqara” sərhəd-keçid məntəqəsi Avropa İttifaqının maliyyəsi ilə inşa edilib. Məqsəd Türkiyə ilə sərhədin açılması məsələsində Ermənistanın “ev tapşırığını” yerinə yetirməsi və Ankaranı “hər şey hazırdır” faktı qarşısına qoymaq idi. Çünki:

- Ermənistanın Avropaya inteqrasiya siyasətinin praktiki nəticəsi Türkiyə ilə sərhədin açılmasından keçir;

- Cənubi Qafqazda Ermənistanı platforma kimi istifadə edən Aİ-nin regionda mövcudluğunu davam etdirməsi də İrəvanın “yolunun açılması”dır;

İrəvanda olduğu kimi, Brüsseldə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan amilinin rol oynamasına qarşıdırlar. Və bu, indi yox, Qarabağın işğalı dövründə də belə idi. Məlum Sürix protokolları, məlun “futbol diplomatiyası” və Türkiyədə Qərb sərmayəsinə bağlı media orqanlarında Ermənistanla sərhədin açılması məsələsinə “Morte Alle Francia, İtalia Anela” - MAFİA (Fransa ölsün, İtaliya rahatlasın) yanaşması yaxın keçmişin tarixidir. Azərbaycan və Türkiyə ictimaiyyətinin etirazı bu prosesin qarşısını aldı, daha sonra Ankara-Bakı xəttində problemlər aradan qaldırıldı və bunun hər iki ölkənin, həm də türk dünyasının dərin inteqrasiyasında mühüm rolu oldu. İndi “Marqara” keçid məntəqəsinin açılması Türkiyədə “Azərbaycan olmadan Ermənistanla münasibətlərin normallaşması” xəttinin rəsmi səviyyəyə yüksəlməsidirmi? Bakının cavab axtardığı suallardan biri məhz budur. Çünki “Suriyaya humanitar yardım” məsələsi bu prosesdə kamuflyaj rolunu oynayır və yüklərin “Marqara”dan keçidi Ankara-İrəvan xəttində Bakı olmadan yaxınlaşma perspektivinin “pilot layihəsi” hesab oluna bilər. Ankaranın bu gedişlə həm də Bakının nəbzini yoxlamağa çalışdığı da mümkün variantlar arasındadır. Lakin belə yanaşma nə Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna, nə də Şuşa Bəyannaməsinə - iki ölkənin xarici siyasətdə birgə hərəkət etmək strategiyasına uyğun deyil.

Türkiyədə bu layihə - Bakı olmadan İrəvanla normallaşma xətti önə çıxarsa, Ermənistan “nəfəslik” qazanacaq və Zəngəzur dəhlizi planına qarşı müqaviməti güclənəcək.

Asif NƏRİMANLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Mart 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see133

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri