Icma.az
close
up
RU
Marsda qədim okeanın tapıldığına dair sübutlar

Marsda qədim okeanın tapıldığına dair sübutlar

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Çinin Mars aparatı "Zhurong" Qırmızı Planetin səthində vaxtilə Marsda nəhəng okeanın mövcud olmasına dair yeni dəlillər tapıb. Tədqiqatlar göstərdi ki, onlar qədim sahil xəttinin izlərini tapıblar və bu ərazinin bir zamanlar su ilə örtüldüyünə dair mühüm tapıntılar təqdim etdilər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Marsın bir vaxtlar okean olması nəzəriyyəsi elm adamları arasında illərdir müzakirə olunur.

Çinin "Zhurong" kosmik kəşfiyyat gəmisi (rover) 2021-ci ildə Marsın şimal yarımkürəsindəki Utopiya bölgəsinə enməyi bacarıb.

Bu ərazidə əvvəlki müşahidələr qədim su izlərinin sübutunu təmin edib. "Zhurong" o vaxtdan bəri Marsın səthini tədqiq etməyə davam edir və son tapıntılar "Scientific Reports" jurnalında dərc edilib.

Honq-Konq Politexnik Universitetindən tədqiqatın aparıcı müəllifi Bo Vu "Zhurong"un eniş bölgəsində qədim okeanın müxtəlif izlərini aşkar etdiklərini söyləyib. Bu izlərə "dəlikli konuslar, çoxbucaqlı çuxurlar və kəsilmiş axınlar" daxildir.

Əvvəlki araşdırmalar bu dəlikli konusların palçıq vulkanlarında yarandığını və su və ya buzlu ərazilərdə əmələ gəldiyini irəli sürmüşdü. Bundan əlavə, roverdən alınan məlumatlar, peyk şəkilləri və Yerdəki analizlər də bu bölgənin yaxınlığında bir sahil xəttinin varlığına işarə edib. Tədqiqatçılar okeanın təxminən 3,7 milyard il əvvəl baş vermiş daşqın nəticəsində əmələ gəldiyini təxmin edirlər.

Pensilvaniya Dövlət Universitetinin alimi Benjamin Cardenas bu yeni araşdırmanı "şübhəli" hesab etdiyini bildirib. O, tədqiqatçıların Marsdakı küləyin çöküntüləri daşımaq və süxurları aşındırmaq təsirini lazımi dərəcədə nəzərə almadığını düşündüyünü qeyd edib. "Biz Marsı Ay kimi çox da aktiv olmayan planet hesab edirik, lakin Mars aktiv planetdir!", - deyə alim bildirib.

O qeyd edib ki, keçmiş modelləşdirmə tədqiqatları "Marsda hətta yavaş eroziya sürətinin belə uzun müddət ərzində sahil yaralarını məhv edəcəyini" ortaya qoyub.

Bo Vu küləyin bəzi qayaları aşındıra biləcəyini etiraf edib, lakin meteorların təsirinin bəzən yeraltı qayaları və çöküntüləri səthə çıxara biləcəyini söyləyib. Bu nəzəriyyənin doğruluğu hələ də mübahisəli olsa da, Kardenas Marsda okeanın olması ehtimalına daha müsbət yanaşdığını bildirib.

Okean dəlillərinin tapılması planetin həyat üçün yararlılığını daha da artıra bilər. "Alimlərin çoxu Yer kürəsində həyatın okeanların altındakı kiçik gölməçələrdə və ya su ilə havanın kəsişməsində başladığını düşünür", - deyə Kardenas qeyd edib.

Okean dəlillərinin tapılması Marsın həyat üçün daha əlverişli planet olduğunu göstərə bilər. Bu tapıntılar alimlərə Marsda keçmiş həyatın əlamətlərini və planetin ümumi yaşayış imkanlarını daha yaxşı anlamağa kömək edə bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Noyabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri