Icma.az
close
up
RU
Marsol Academy komandası ITECX’25 College Congress də dünya birincisi oldu FOTOLAR

Marsol Academy komandası ITECX’25 College Congress də dünya birincisi oldu FOTOLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

İtaliyanın paytaxtı Romada keçirilən ITECX’25 – Fibonacci Beynəlxalq Mühəndislik, Texnologiya və Riyaziyyat Konqresində Marsol Academy-nin "Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları ölkəmizi uğurla təmsil ediblər. 23 noyabr tarixində baş tutan nüfuzlu tədbirdə dünyanın müxtəlif ölkələrindən 623 komanda və 1258 şagird iştirak edib.

Modern.az xəbər veirr ki, yarışmada Azərbaycanı təmsil edən Marsol Academy komandası "VRITY” adlı innovativ layihə ilə 1-ci yerə layiq görülüb.

Komandaların uğurları bununla məhdudlaşmayıb. Digər iştirakçılar da Nopick – Best Team, Nutrizadeh – Best Idea, VRITY – Best Presentation kimi müxtəlif nominasiyalarda yüksək nəticələr əldə ediblər

Bu nəticələr Marsol Academy şagirdlərinin yaradıcılığı, əzmi və peşəkar hazırlıq prosesinin effektivliyinin bariz göstəricisi kimi dəyərləndirilir. Qurum rəhbərliyi komandaların Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsini xüsusi qürurla qeyd edib.

Məlumata görə, Marsol Academy-nin "Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində hazırlanan işlərin bir qismi ilkin mərhələdə International Journal of Trends and Developments in Education jurnalında məqalə kimi dərc olunacaq. Digər layihələr isə Interdisciplinary Educational Research Journal, Gaziantep University Journal of Sport Science, The Journal of Operations Research, Statistics, Econometrics and Management Information Systems, Anatolian Turkish Journal of Education,  Journal of Transportation and Logistics,  Journal of Information Analytics kimi nüfuzlu elmi nəşrlərdə yer alacaq.

2023-cü ildə yaradılan Marsol Academy XXI əsrin bacarıqlarını real təcrübə ilə birləşdirən, inkişaf, təhsil və xidmət sahələrini əhatə edən yaradıcı platforma kimi fəaliyyət göstərir. Akademiya müxtəlif yaş qruplarına yönəlmiş təlimlər, tədbirlər və inkişaf proqramları təşkil edərək iştirakçıların uzunmüddətli kompetensiyalar əldə etməsinə şərait yaradır. Bununla yanaşı, qurum həm yerli, həm də beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıqlara əsaslanan layihələr həyata keçirir.

Marsol Academy komandasının ITECX’25 College Congress-də qazandığı uğur Azərbaycan gənclərinin qlobal səviyyədə rəqabətə davamlı olduğunu bir daha təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri