Icma.az
close
up
RU
İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi FOTOLAR

İşgüzar qadınlar növbəti dəfə “SHE Congress”də bir araya gəldi FOTOLAR

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya tərəfdaşlığı ilə növbəti "She Congress” baş tutdu. 500-dən çox qadının iştirak etdiyi tədbir maraqlı çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla yadda qaldı.

"Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq” ("Beyond Now – Creating What Lives On”) şüarı altında keçirilən konqresdə Azercell şirkətini Hüquq və Data Strategiyası üzrə Baş direktor Şirin Əliyeva və Korporativ və Marketinq Kommunikasiyaları Departamentinin direktoru Sona Abbasova təmsil etdilər.

Çıxışı zamanı Şirin Əliyeva Azercell-in telekommunikasiya sektorundakı lider mövqeyindən danışdı: "Azercell olaraq biz telekommunikasiya xidmətləri təqdim etməklə yanaşı sosial rifahın gücləndirilməsi və insan potensialının inkişafına töhfə veririk. Texnologiyanın, xüsusilə də süni intellektin bu qədər sürətlə həyatımıza nüfuz etdiyi bir dövrdə inanırıq ki, heç bir texnoloji yenilik insan duyğularını, empatiya və yaradıcılığını əvəz edə bilməz. Məhz buna görə həyata keçirdiyimiz hər bir təşəbbüs insan mərkəzli yanaşmaya əsaslanmalı və rifahın yüksəldilməsinə xidmət etməlidir.”

Konqres çərçivəsində təşkil olunan "İlk Açıq Qapı – Tağıyevin İrsi” adlı panel müzakirəsi Azərbaycan qadınının təhsil tarixinə həsr olundu. Panelin moderatoru Sona Abbasova bildirdi ki, Tağıyev "yumşaq güc”ün canlı təcəssümü idi. Cəmiyyətin mövcud stereotiplərinə və müqavimətinə baxmayaraq, o, 100 il əvvəl qadınların təhsil almasının vacibliyini anlayır və bu istiqamətdə cəsarətli addımlar atırdı.

Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev çıxışında xeyriyyəçi Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən bədii filmə toxundu. O, əsərin yalnız bir tarixi şəxsiyyətin ömür yolunu deyil, həm də xeyriyyəçinin qadınların təhsil alması uğrunda apardığı mübarizə və qarşılaşdığı çətinlikləri əks etdirdiyini vurğuladı. Tağıyevin "Bir qadına təhsil verərsənsə, bir millətə təhsil vermiş olarsan” fikri bu gün də öz aktuallığını qoruyur.

"Tağıyev” filminin ssenari müəllifi İsmayıl İmanov isə çıxışında bildirdi ki, aradan 100 il keçməsinə rəğmən qızların təhsil almasına münasibətdə bəzi stereotiplər hələ də qalmaqdadır.

Cəfər Cabbarlının "Almaz” əsərinin motivləri əsasında çəkilmiş "Vətəndaş A” serialında baş rolu canlandıran aktrisa Günəş Təkin də bu fikri bölüşərək qeyd etdi ki, əsərdə əks olunan bir sıra problemlərin bu gün də aktual olmasının əsas səbəbi valideynlərin düşüncə tərzində mövcud olan stereotiplərdir.

Çıxışında müasir dövrdə qadınların təhsili mövzusuna toxunan ADA Universitetinin prorektoru Vəfa Kazdal gənc qızlar üçün seçim azadlığı və özünəinam hissinin formalaşmasına şərait yaradılmasının vacibliyini vurğuladı. O bildirdi ki, bu imkanların genişləndirilməsi təkcə fərdi deyil, cəmiyyətin ümumi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.

Panelin növbəti iştirakçısı - "Huma Quşu” Təhsilə Yardım Fondunun İdarə Heyətinin üzvü Səidə Abdullayeva fondun yaranma tarixi, fəaliyyəti və Azercell ilə tərəfdaşlığı barədə məlumat verdi. O bildirdi ki, fondun dəstəyi ilə artıq bir çox gənc qız xaricdə təhsil imkanı qazanıb və bu təşəbbüslər qadınların innovasiya və texnologiya sahələrində irəliləməsinə töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 May 2025 05:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri