Icma.az
close
up
RU
Mart hadisələri diqqət mərkəzində saxlanılmalıdır

Mart hadisələri diqqət mərkəzində saxlanılmalıdır

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Azərbaycan xalqının başına gətirilən faciələr çoxdur, amma onların arasında xüsusi amansızlıqla həyata keçirilmiş, 31 Mart 1918- ci il hadisələri xüsusi olaraq diqqət mərkəzində saxlanılmalıdır ,düşuncəsindəyəm.Çünki, bu hadisələr, erməni millətçilərinin vəhşiliyi kimi, gələcək nəsillərə, dünya ictimaiyyətinə çatdırılmalıdır və tarixi həqiqətləri hər kəs bilməlidir. Çünki, dünyanın bəzi ölkələrində insanlar ittihamlar səsləndiridikdə heç olmasa bu faktlar qarşısında əllərini vicdanlarına qoyaraq düşünərlər, bəlkə. Daşnak-bolşevik silahlı dəstələri, 1918-in mart-aprel aylarında Bakı sovetinin mandatı altında Azərbaycanın müxtəlif bölgələrində yaşayan, xüsusidə müsəlmanlara qarşı kütləvi şəkildə etnik zəmində zorakılıqlar, talanlar və poqrom həyata keçirməyi qərara aldılar və həyata keçirilən poqrom və qətliamlar şiddətinə və masştabına görə bəşər tarixinin ən qanlı qətliamları ilə müqayisə olunmağa belə imkan verdi.
Mart qətliamları kimi tanınan bu qanlı hadisələr, bu gün Azərbaycan xalqının , xüsusilə də öz dönəminin müsəlman təbəqəsinə qarşı , tarixin ən qanlı və ən qəddarlıqla həyata keçirilən,törədilən soyqırım aktı olaraq yerli və dünya ictimaiyyətinə təqdim olunur. Yüzlərlə yaşayış məntəqəsi və kəndlər talan edilərək yandırılmış və onminlərlə dinc soydaşımızın,qoca ,uşaq,qadın demədən,müxtəlif üsullarla,ən qəddarcasına həyatına son qoyulmuşdur. Məscidlər, qəbirstanlıqlar, tarixi abidələr və digər tikililər dağıdılmış və atəşə verilmişdir. Erməni-Rus birliyinin həyata keçirdiyi bu qanlı hadisələr, əslində Azərbaycana qarşı yürüdülən çirkin siyasətin və məkirli planların tərkib hissəsi olaraq öz təsdiqini tapdı və bunun davamı olaraq Zəngəzur da əlimizdən alınaraq, Ermənistana verildi. Bununla da kifayətlənməyib, yuxarı və aşağı Qarabağı yenidən birləşərək bu mənfur cütlük, işğal etdi. Amma, o zaman olduğu kimi indi də qardaş Türkiyə, vəfalı türklər bizi meydanda tək buraxmadi və köməyimizə özlərini çatdırdılar. 44 günlük Vətən müharibəsində aldığımız möhtəşəm qələbə, bütün dövrlərdə məruz qaldığımız zülüm və istirablara və günahsız soydaşlarımızın qətlə yetirilməsinə qarşı cavab oldu və onların qanı yerdə qalmadı.
Çingiz Şahbazi, siyasi ekspert
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Mart 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri