Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 30 yaşlı qadının Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş prosesi uğurla icra olunub:
“Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.3 və 2.5 kq., boyları isə 47, 48 və 48 sm. olub. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir”.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

Baxış sayı:102
Bu xəbər 29 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















