Masallıda dəhşət yaşandı İki gənci itirdik...
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
"Yeni Sabah" xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində rayonun Mollaoba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Aşurlu kənd sakini Eminağa Həşimovun idarə etdiyi “VAZ” markalı avtomobil maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Tüklə kənd sakini Elvin İbrahimov hadisə yerində həyatlarını itiriblər. pizza
İlkin ehtimala görə, qəza yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxması səbəbindən baş verib.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, avtomobil idarə edərkən diqqətsizlik, eləcə də yol və hava şəraitinin nəzərə alınmamasının ağır nəticələrə səbəb olduğunu bir daha xatırladıb.
İdarə sürücüləri iki gəncin ölümü ilə nəticələnən faciədən nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Oktyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















