Masallıda evdən 33 min manatlıq qızıl, 2 min dollar, 10 min manat oğurlanıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Masallıda evdən 45 min manatlıq talama cinayəti olub
05 Yanvar 2026 12:38
Sabunçuda evdən 25 min manat və 20 min manatlıq qızıl oğurlanıb
15 İyul 2025 12:24
Evlərdən 10 min manatlıq qızıl zinət əşyaları oğurlanıb
03 İyul 2025 16:03
Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb
09 Sentyabr 2025 13:22
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb
16 Sentyabr 2025 12:56
Baxış sayı:46
Bu xəbər 05 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















