Masallıda Masallı Zəfər qaçışı 2026 yarımarafonu
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
7 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti, Masallı, Ərkivan və Qəriblər bələdiyyələrinin təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi və “Bakı Marafon klubu”nun tərəfdaşlığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş 21 km məsafədə "Masallı Zəfər qaçışı 2026" yarımarafonu keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri ehtiramla anaraq ziyarət etmiş və önlərinə tər gül dəstələri düzmüşlər.
Start nöqtəsində iştirakçıları salamlayan Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmana göstərilən diqqət və qayğının bariz nümunəsi olaraq keçirilən sağlamlıq tədbirlərinin əhəmiyyətindən danışmışdır.
Marafona Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilmişdir.
İştirakçılar Masallı Rayon İcra Hakimiyyəti qarşısındakı meydandan başlayaraq Masallı şəhər, Ərkivan qəsəbə və Qəriblər kəndlərindən keçməklə Masallı şəhər Heydər Əliyev parkında yarımarafon yarışını yekunlaşdırmışlar.
Marafonun sonunda 8qaliblərə Masallı rayon İcra Hakimiyyəti tərəfindən kubok, Fəxri Fərman və pul mükafatları təqdim edilmişdir. Digər iştirakçılar isə marşurutu tam başa vurduqları üçün medal və sertifikatlarla təltif olunmuşlar.
Əlihüseyn Şükürov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Noyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















