Masazırda maşınlar otluq və səkidə park edilir Parklanma yerləri boş qalır FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində xoşagəlməz mənzərə qeydə alınıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Hadisə sentyabrın 11-də saat 07:25 radələrində qeydə alınıb. Belə ki, 19-GS-050 dövlət nömrə nişanlı “Volkswagen” markalı, 77-YA-956 dövlət nömrə nişanlı “Ford Fusion” markalı və “KIA” markalı avtomobillərin sürücüləri dayanma-durma qaydasını pozub. Fotolardan da göründüyü kimi, yaşayış kompleksinin həyətində parkinq üçün kifayət qədər yer ayrılıb. Lakin sözügedən sürücülər maşınlarını otluq sahədə və səkidə park ediblər.
Şikayətçinin sözlərinə görə, kompleksin həyətində hər gün eyni vəziyyət mövcuddur: “Parkinq üçün ayrılmış ərazilər pulsuzdur. Üstəlim mühafizə xidmətinin əməkdaşı bu məsələylə bağlı sürücülərə dəfələrlə xəbərdarlıq edib. Buna baxmayaraq kompleksin həyətində eyni mənzərə ilə qarşılaşırıq”.
Nərmin




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 11 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















