Masazırda məktəbdə təhlükəli vəziyyət: Qaz qoxusu gəlir, uşaqlar dərsə getmirlər
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Valideynlər iddia edirlər ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə son vaxtlar aparılan təmir-bərpa işlərindən sonra müəssisədə kəskin və narahatedici qoxu yaranıb.
Bəzi şəxslər bunun qaz iyi olduğunu düşünürlər.
Valideynlərin sözlərinə görə, bu vəziyyət şagirdlərin səhhətinə mənfi təsir göstərir, onların özlərini pis hiss etməsinə səbəb olur.
"Uşaqlarımız iki gündür məktəbə getmirlər. Qoxunun mənbəyi barədə bizə dəqiq açıqlama verilmir. Deyirlər ki, qaz qoxusudur, bəziləri isə boya iyi olduğunu bildirir. Çarəsiz qalmışıq, övladlarımızı məktəbə göndərək, ya yox, bilmirik. Zəhərlənmə halları çoxdur, bir çox valideyn bu barədə şikayət edib", - sakinlərdən biri bildirib.
Başqa bir valideyn isə narazılığını belə ifadə edib:
"Dərs vaxtı təmir işlərinin aparılması nə dərəcədə doğrudur?! Uşaqlar qoxudan zəhərlənirlər. İy qaz qoxusuna bənzəyir. Direktor qarşımıza çıxmır, özü məktəbdə deyil, amma uşaqlarımızı bu şəraitdə dərsə gəlməyə məcbur edirlər".
Məsələ ilə bağlı Masazır qəsəbə 4 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin sanitar qovşağında yaranmış su sızması səbəbindən təxirəsalınmaz təmir işlərinə başlanılıb:
"Kanalizasiya sularının mərtəbələrarası axını sanitar-gigiyenik şəraitə və tədris prosesinə təsir etdiyindən operativ müdaxilə zərurəti yaranıb.
Təmir işləri çərçivəsində aparılan betonlama və izolyasiya prosesləri zamanı istifadə olunan texniki materiallardan qısamüddətli qoxu yaranıb və bu hal bəzi valideynlərdə narahatlıq doğurub. Yayılmış qoxu ilə bağlı hər hansı şagirdin səhhətində ciddi problem qeydə alınmayıb.
Videogörüntülərdə əks olunan qaz balonu təmir prosesində istifadə olunan texniki vasitədir və təhlükəsizlik qaydalarına uyğun olaraq qapalı məkanda deyil, açıq havada saxlanıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 04 Fevral 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















