Maşın bazarında son vəziyyət: bu avtomobillərin qiyməti enib AÇIQLAMA
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar ölkəmizdə avtomobil bazarına maşın aparan bəzi sürücülər nəqliyyat vasitəsini aşağı qiymətə satdıqlarını deyirlər. Avtomobil sahibləri bunun səbəbini hibrid avtomobillərə marağın artmasında görür.
Buna paralel olaraq son dövrlər bütün dünyada elektrobilllərə də maraq artmağa başlayıb.
Bəs bütün bunlar avtomobil bazarına necə təsir göstərib?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, bu gün Azərbaycana idxal olunan hibrid avtomobillərin sayında xeyli artım var:
“Lakin elektromobillərin sayında biz o qədər də artım müşahidə etmirik. Məlumdur ki, elektromobillər üçün infrastrutur lazımdır, enerji doldurma məntəqələri olmalıdır. Bu məntəqələrin sayının ölkə üzrə az olması vətəndaşların elektromobillərə olan marağını azaldır.
Bu gün yenə də Azərbaycanın avtomobil bazarında xüsusən də ikinci əl avtomobil bazarında daha çox alınıb satılanlar benzin mühərrikli avtomobillərdir. Elektromobillərin Azərbaycan bazarında payı isə çox cüzidir”.
Ekspertin sözlərinə görə, idxal olunan hibrid avtomobilllərin qiymətində az da olsa enmə müşahidə edilir:
“Xüsusən də Çindən gətirilən hibrid avtomobillər əsasən taksi fəaliyyətində istismar olunur”.
E.Cəfərov benzin mühərikli avtomobillərə marağın yenidən artmasının mümkün olub-olmaması barədə də danışıb:
“Bu gün Azərbaycanda hibrid avtomobillər idxalı zamanı əlavə dəyər vergisindən azaddır. Benzin mühərrikli avtomobillərə qayıdış o zaman ola bilər ki, bu ƏDV-dən azad olma ləğv edilsin. Onda hibrid avtomobillərin qiyməti yüksələ bilər və insanlar yenidən daha çox benzin mühərrikli avtomobillərə maraq göstərərlər”.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 06 Avqust 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















