“Maşın Şou” qayıdır FOTO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan televiziya məkanının ən çox müzakirə olunan realiti layihələrindən biri olan "Maşın" yenidən tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Xəzər TVnin baş prodüseri Toğrul Məmmədov sosial şəbəkə hesabında paylaşıb. O, layihənin yayımlanacağı tarixi açıqlamasa da, paylaşımına "loading" qeydi əlavə edərək proqramın yaxın zamanda başlayacağına işarə edib.
Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Xalq artisti Murad Dadaşovdur. Uzun illər müxtəlif telekanallarda yayımlanan şou Azərbaycan televiziya tarixinin ən səs-küylü layihələrindən biri hesab olunur.
2005-ci ildən etibarən yayımlanan "Maşın" şousunun indiyədək 16 mövsümü təqdim olunub və yüzlərlə iştirakçı layihədə yer alıb. İlk mövsümlərdə sıravi vətəndaşlar yarışsa da, sonrakı buraxılışlarda əsasən tanınmış simalar mübarizə aparıblar.
Layihənin son mövsümü 2019-cu ildə "Maskarad" adı ilə yayımlanmışdı və həmin buraxılışın qalibi Suna Kasımoğlu olmuşdu.
Milli.Az
Baxış sayı:156
Bu xəbər 18 May 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















