Maşın yolun ortasında xarab oldu: Polis kənara itələməkdə sürücüyə kömək etdi VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan polisinin vətəndaşlara qarşı humanist davranışı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Polislərimizin vətəndaşlara qarşı səmimi münasibəti, yardımsevərliyi və diqqəti onların gündəlik fəaliyyətində tez-tez müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bu dəfə də yol polisi əməkdaşları paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində vətəndaşlara nümunəvi davranış sərgiləyiblər. Belə ki, 99-YP-446 dövlət qeydiyyat nişanlı YPX əməkdaşları yolda nasaz vəziyyətə düşərək hərəkətsiz qalan “Mercedes” markalı avtomobilin idarəçisinə kömək ediblər. Polis dünən günorta saatlarında yağışlı havada yolda ilişib qalan avtomobili itələyərək təhlükəsiz əraziyə çıxarıb və yolda sıxlığın yaranmasının qarşısını alıblar.
Hadisə şahidləri həmin anı mobil telefonla lentə alıblar. Görüntülər sosial şəbəkələrdə yayılaraq qısa zamanda çox sayda bəyənmə və müsbət rəy toplayıb. İstifadəçilər polis əməkdaşlarının bu hərəkətini alqışlayaraq qeyd ediblər ki, bu cür nümunələr Azərbaycan polisinin xalqın təhlükəsizliyinə, rifahına və rahatlığına olan sadiqliyini bir daha göstərir.
Polislərimizin bu cür humanist davranışları bir daha sübut edir ki, Azərbaycan polisi yalnız qaydaları qoruyan qurum deyil, həm də vətəndaşın hər zaman yanında olan, ona kömək etməyə hazır olan dostudur.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















