Icma.az
close
up
RU
Qulaqcıqlarda musiqiyə qulaq asanlar mütləq oxusun!

Qulaqcıqlarda musiqiyə qulaq asanlar mütləq oxusun!

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Müasir gənclər günün bir çox hissəsi qulaqcıqlarda musiqiyə qulaq asır. Qulaqcıqlar artıq dəbli aksessuara çevrilib, müasirliyin rəmzi sayılır.

Lakin çoxsaylı araşdırmalar göstərir ki, bu çox təhlükəli və ziyanlı vərdişdir.

Saglamolun.az xəbər verir ki, həkimlərin müşahidələrinə görə, kiçik, qulaqların içinə taxılan qulaqcıqlarda daim musiqiyə qulaq asan gənclərdə 4 ildən sonra 1-ci dərəcəli eşitmənin pozulması inkişaf edir. 40-50 yaşında bu insanlarda artıq eşitmənin ciddi zəifləməsi və hətta karlıq inkişaf edə bilər.

Bizim qulaqlarımız yalnız qısamüddətli uca səslərin təsirinə tab gətirə bilir. Əgər belə səslər insana uzun müddət ərzində təsir edirsə, bu mütləq eşitmənin pozulmasına gətirib çıxardacaq.

Bütün dünyada LOR həkimləri cavan insanlar arasında eşitmənin pozulmasının hallarının artmasını müşahidə edirlər. Həkimlərin fikirinə görə, bunun əsas səbəblərindən biri məhz güclü səslərin uzun müddət ərzində qulaqlara təsiridir.

LOR həkimlərinin xəbərdarlığı: əgər siz 40 yaşında qulaqcıqları eşitmə apparatına dəyişmək istəmirsinizsə, bu kimi qaydalara əməl edin:

- qulaqcıqlarda musiqiyə qulaq asdıqda siz ətrafdakıları eşitməlisiniz. Əks halda səsini azaltmaq lazımdır.

- ətrafdakılar qulaq asdığınız musiqini eşitməməlidir.

- əgər siz ətrafdakılarla danışdıqda qışqırırsınızsa, bu o deməkdir ki, səsi azaltmaq lazımdır.

Ümumiyyətlə həkimlər kiçik, qulağın içinə taxılan qulaqcıqlardan imtina etməyi tövsiyə edirlər.

Yüksək səsdən əlavə qulaqcıqların digər təhlükəsi ondan ibarətdir ki, yad cism daim qulaqların daxilində olduqda, bu qulaq iltihablarına səbəb ola bilət. Əgər siz digər insanın qulaqcıqlarını istifadə edirsinizsə, bu daha da təhlükəlidir. Hər bir insanın dərisində minlərlə mikroblar yaşayır. "Yiyəsinə" ziyan vurmayan mikroblar digər insanda iltihaba və s. problemlərə səbəb ola bilər. Bu səbəbdən LOR həkimləri heç bir halda "şərikli" qulaqcıqlardan istifadə etməməyi tövsiyə edirlər.

Eşitmənin pozulmasından əlavə qulaqcıqlarda uzun müddət ərzində musiqiyə qulaq asmaq sinir sisteminə də mənfi təsir edir - insanda gərginliyə, diqqətin pozulmasına, baş ağrılarına, təzyiqin yüksəlməsinə səbəb olur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri