Icma.az
close
up
RU
Maşındakı bu funksiyanı qışda aktivləşdirməyin, görmənizə təsir edir ARAŞDIRMA

Maşındakı bu funksiyanı qışda aktivləşdirməyin, görmənizə təsir edir ARAŞDIRMA

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Mütəxəssislər qış aylarında avtomobillərdə ventilyasiya və iqlim nəzarəti parametrlərinin düzgün seçilməsinin sürücülük rahatlığı və yol təhlükəsizliyi baxımından həlledici rol oynadığını bildiriblər. 

Avtosfer.az xəbər verir ki, xüsusilə şaxtalı havalarda pəncərələrdə yaranan dumanlanmanın vaxtında aradan qaldırılmaması qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Qeyd olunur ki, yay aylarında avtomobil salonunu daha tez soyutmaq üçün istifadə edilən “hava sirkulyasiyası” düyməsi qış mövsümündə əks təsir göstərir.

Mütəxəssislərin fikrincə, bu funksiyanın aktiv qalması salon daxilində rütubətin artmasına səbəb olur və sürücünün görünüş məsafəsini məhdudlaşdırır.

Araşdırmalar göstərir ki, avtomobilin içərisində artan rütubət ön şüşədə duman təbəqəsinin əmələ gəlməsinə gətirib çıxarır. Qarın əriməsi, islanmış geyimlər və sərnişinlərin nəfəsi ilə yüksələn rütubət soyuq çöl havası ilə təmasda olduqda şüşə səthində kondensasiya yaradır. Bu halda ventilyasiya sistemində səhv rejimin seçilməsi pəncərələrin daha sürətli və daha qalıcı şəkildə dumanlanmasına səbəb ola bilər.

Bildirilib ki, adətən dairəvi ox işarəsi ilə göstərilən “daxili hava dövranı” düyməsi xarici hava axınını kəsir və avtomobil salonundakı havanı qapalı dövrədə saxlayır. Bu funksiya yay aylarında kondisionerin effektivliyini artırsa da, qış mövsümündə rütubətli havanın salon daxilində qalmasına şərait yaradır. Nəticədə qızdırıcının verdiyi istilik rütubətlə birləşərək pəncərələrdə sürətli dumanlanma yaradır.

Mütəxəssislər diqqətə çatdırıblar ki, daxili hava dövranının uzun müddət açıq qalması avtomobil salonunda karbon qazının səviyyəsinin artmasına da səbəb ola bilər. Bu vəziyyət sürücüdə yuxululuq, diqqətin zəifləməsi və baş ağrısı kimi hallar yarada bilər. Görünüşün azalması və şüşələrin “süd kimi ağ” görüntü alması isə yol-nəqliyyat hadisəsi riskini ciddi şəkildə yüksəldir.

Qış şəraitində avtomobil idarə edərkən pəncərələrin təmiz və aydın qalması üçün çöldən təmiz havanın daxil olmasının vacibliyi vurğulanıb. Mütəxəssislər bildiriblər ki, quru çöl havası iqlim nəzarəti sisteminin şüşələrdəki dumanı aradan qaldırması üçün ən effektiv başlanğıc nöqtəsidir.

Qeyd olunub ki, müasir avtomobillərdə ön şüşənin ərimə rejimi aktivləşdirildikdə sistem avtomatik olaraq daxili hava dövranını bağlayır və kondisioner kompressorunu işə salır. Bu isə təsadüfi deyil. Belə ki, kondisioner yalnız soyutma üçün deyil, həm də havanı qurudaraq rütubəti azaltmaq üçün nəzərdə tutulub.

Mütəxəssislərin sözlərinə görə, kondisionerin qızdırıcı ilə birlikdə işlədilməsi havanı isidərkən eyni zamanda nəmi çəkir və pəncərələrin daha tez təmizlənməsinə kömək edir. Sonda vurğulanıb ki, təhlükəsiz sürücülük üçün pəncərələrdəki duman tamamilə aradan qalxmadan yola çıxmaq olmaz və ventilyasiya sistemi daim “xarici hava” rejimində saxlanılmalıdır.

Eltac Zülfüqaroğlu

Oxunub 146

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Yanvar 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri