Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

“Maşını necə gəldi saxlayırlar...” Avtomobillərin səkilərdə park edilməsi PROBLEMİ

“Maşını necə gəldi saxlayırlar...” Avtomobillərin səkilərdə park edilməsi PROBLEMİ

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 oktyabr, Günel Türksoy, Səfiyar Məcnun, AZƏRTAC

Bakının bir sıra küçələrində piyada səkilərində saxlanılan avtomobillərə rast gəlmək adi hala çevrilib. Piyadalar üçün nəzərdə tutulan yerlərdə maşınların saxlanılması həm təhlükəsizlik, həm də şəhər mədəniyyəti baxımından narahatlıq doğurur. Səkidə addımlamaq piyadadan bəzən səbir, bəzən də manevr qabiliyyəti tələb edir. Kiminsə tələsdiyini iddia edərək “bir dəqiqəlik” saxladığı maşın piyadaların yolunu kəsir. Səkilərdə uşaq arabası ilə hərəkət edən ana, əlindəki yükləri daşıyan yaşlı qadın, dərsə tələsən tələbə - nəticə etibarilə hər kəs eyni mənzərə ilə qarşılaşır.

AZƏRTAC-ın əməkdaşları bu dəfə paytaxtın Yasamal rayonu ərazisində piyada səkilərini zəbt edən sürücülərlə bağlı reportaj hazırlayıb.

Reportaj zamanı piyadalar avtomobillərin onların hərəkətinə necə maneə yaratması ilə bağlı fikirlərini bölüşüblər. Səkidə park edilmiş maşınların sahiblərini tapa bilmədiyimiz üçün onların mövqeyini öyrənə bilmədik.

“Məcbur olub maşın yoluna çıxırıq”

Piyada N.Həsənov qeyd edib ki, səkilərdə park edilən avtomobillər onların hərəkətinə mane olur, yolu daraldır: “Biz bu vəziyyətdən çox narahatıq. Elə olub ki, səkidə adam çox olub, keçə bilmək üçün avtomobil yoluna çıxmışam. Bu da risklidir. Paytaxtın bir neçə yerində bu cür vəziyyətə rast gəlmək mümkündür. Sürücülərdən xahişimiz odur ki, avtomobillərini piyada səkilərində saxlamasınlar”.

Piyada A.Rzayev də hər gün bu cür hallarla rastlaşdığını, bir sıra hallarda səki ilə yeriməyin mümkünsüz olduğunu deyib: “Biz də məcbur olub maşınların yoluna çıxırıq. Belə olan halda digər sürücüləri də narahat etmiş oluruq. Onlar da istər-istəməz sürəti azaltmalı olurlar. Qəfil əyləci basıb qəza şəraiti yarada bilərlər. Sürücülərə tövsiyə edirik ki, piyada səkilərində maşın saxlamasınlar, biz də rahat yolumuzu gedib-gələk”.

Piyada T.Məmmədova isə bu məsələ ilə bağlı bir qədər fərqli düşünür: “Məncə, sürücülərə binaların altında maşın saxlamaq üçün şərait yaradılsaydı, onlar da piyada səkilərini zəbt etməzdilər. Şərait yoxdur deyə, bu cür vəziyyət alınıb. Hər iki tərəfin də istəklərini nəzərə almaq lazımdır. Bəziləri isə bilərəkdən maşınlarını səkilərin üzərində saxlayırlar. Biz də avtomobil yolundan keçməyə məcbur oluruq. Yaxşı olar ki, imkan olan zaman sürücülər piyadaların hərəkətini də nəzərə alsınlar”.

Yol polisi: Səkilər nəqliyyat vasitələrinin dayanması və durması üçün deyil...

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli AZƏRTAC-a açıqlamasında qeyd edib ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də bəzi nəqliyyat vasitəsi sürücülərinin avtomobillərini onların hərəkəti üçün nəzərdə tutulmayan səkidə saxlamasıdır: “Piyadanın hərəkəti zamanı səkidə nəqliyyat vasitəsinin dayanması və durması istər-istəməz onları yolun hərəkət hissəsinə çıxmaq məcburiyyəti ilə qarşı-qarşıya qoyur. Piyada da yolun hərəkət hissəsinə çıxdıqda onun iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinə real zəmin yaradılır.

Paytaxtın bütün istiqamətlərində tərəfimizdən bu istiqamətdə tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, səkilərdə nəqliyyat vasitəsinin dayanması və durması qadağandır. Belə hallar aşkarlandığı təqdirdə, həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən müvafiq tədbir nəzərdə tutulub. Bir daha sürücülərdən xahiş edirik ki, bu kimi qaydalara ciddi şəkildə əməl etsinlər. Nəzərə almaq lazımdır ki, səkilər nəqliyyat vasitələrinin dayanması və durması üçün deyil, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub”.

Səkilərdə parklanmaya görə cəza: 60 manat cərimə və iki bal

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da AZƏRTAC-a səkilərdə parklanmanın paytaxtda ciddi problemlərdən biri olduğunu deyib: “Bakıda hərəkətin təşkili, parklanma yerlərinin məhdud olması ilə bağlı çətinliklər var. Əvvəllər dayanma və durmanın pozulması ilə bağlı 20 manat cərimə mövcud idi. Avtomobillərin səkidə hərəkət etməsinə görə isə 40 manat cərimə yazırdılar. Sonradan qanunda da dəyişikliklər oldu. Hazırda isə səkilərdə parklanmaya görə cəza 60 manat cərimə və iki baldır.

Amma görünən odur ki, paytaxtın bəzi ikinci və üçüncü dərəcəli küçələrində hələ də bu proseslər baş verir. Məsələn, İnşaatçılar prospektində dayanma-durma əks tərəfdə avtobus zolağı olduğu üçün qadağandır. Burada indiyə kimi maşın saxlayan sürücüləri axtarsaq görərik ki, onlar avtomobillərini arxa küçələrdə səkilərdə park ediblər. Çünki həmin maşın sahibləri bu ərazidə işləyirlər. Onlara maşınlarını saxlamaq üçün lazımi şərait yaradılmalıdır.

Ümumiyyətlə, bu məsələdə mücərrədlik də var. Tutaq ki, eni 15 metrlik ərazi hansısa binanın həyətyanı sahəsidir. Həmin yolun neçə metrinin piyada üçün, neçə metrinin avtomobillərin parklanması üçün nəzərdə tutulduğu hələ də aydın deyil. Səkiləri piyadalara qaytarmaq istəyiriksə, avtomobillərin park edilməsi üçün də müəyyən şəraitin yaradılmasına ehtiyac yaranır. İnşaatçılar prospektində çoxlu sayda bina tikilib. Ancaq binaların parklanma yeri yaxşı vəziyyətdə deyil. 200 mənzilli binada 50-60 maşın üçün park yeri yaradılıb. Bu məsələdə binanı tikən sahibkarların da üzərinə ciddi məsuliyyət düşür. Ancaq bu o demək deyil ki, sürücülər maşını piyada səkisində saxlamalıdır. Elə sürücülər var ki, parklanma yerinə 60-70 qəpik ödəməmək üçün maşını necə gəldi saxlayır. Kiminsə həyətinə girib oranı zəbt edir, səkiyə çıxıb piyadanın yolunu kəsir”.

Ən böyük məsuliyyət qanunlardan deyil, ictimai davranış mədəniyyətindən asılıdır

Nəticə etibarilə, hər kəs, o cümlədən sürücülər, piyadalar qanunla öz üzərinə düşən vəzifələri yerinə yetirsələr, şəhər hər kəs üçün təhlükəsiz və rahat olar. Məlumdur ki, qanun pozuntusu kimi qiymətləndirilən bu kimi hallar cərimə ilə nəticələnir. Amma ən böyük məsuliyyət qanunlardan deyil, ictimai davranış mədəniyyətindən asılıdır. Unutmayaq ki, piyada səkisi piyada üçündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri