Icma.az
close
up
RU
Bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır Paytaxtın tıxac problemi

Bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır Paytaxtın tıxac problemi

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, bu ilin yanvar ayının 30-da ölkə başçısı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Avtosfer.az xəbər verir ki, Sərəncamın 8.1.7.6.-cı bəndində dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.

Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil edilməsi 2025-2026-cı illərdə həyata keçirilməldir. Artıq 2025-ci ilin təxminən ¾-ü başa çatmaq üzrədir. “Dövlət Proqramı”nın təsdiq edilməsindən ötən 7 ay ərzində bu istiqamətdə hansı işlərin görüldüyü barədə ictimaiyyətə heç bir məlumat verilməyib.

Məlumat üçün bildirək ki, dünyanın bir çox böyük şəhərlərində iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili zamanı əsas diqqət yük avtomobillərinin və dövlət qurumlarının istifadəsində olan minik avtomobillərinin hərəkətinə yönəldilir.

Açıqlanan rəsmi statistika da onu göstərir ki, son illər paytaxt Bakıda sayları ən çox artan nəqliyyat vasitələri arasında yük avtomobilləri və dövlət qurumları ilə şirkətlərə məxsus minik avtomobilləri ilk sırada yer alır.

Son 4 ildə Bakıda avtomobillərin ümumi sayı 15,5% artaraq 773 min 122 ədədə çatıb. Bu dövrdə yük avtomobillərinin sayı 16,2% artaraq 69 min 446 ədəd olub.

Paytaxtda şəxsi minik avtomobillərinin sayı son 4 ildə 11,6% artdığı halda, dövlət qurumları ilə şirkətlərə məxsus minik avtomobillərinin sayı 53,7% artıb. Bunlardan başqa, son 4 ildə paytaxt ərazisində yük avtomobilləri ilə hər bir kilometrə görə daşınan yüklərin həcmi 2 dəfəyə yaxın artaraq 3,6 tondan 6,9 tona yüksəlib.

Aparılan müşahidələr onu göstərir ki, son zamanlar paytaxt ərazisində şəbəkə marketlərin sayı sürətlə artır. Bu marketlərdə satılan ərzaq məhsulları əksər hallarda vahid anbarda saxlanılır və gündəlik olaraq marketlərə daşınır. Bu da hər gün paytaxt yollarında yüzlərlə yük avtomobilinin hərəkət etməsi deməkdir. Eyni zamanda, onlayn ticarətin genişlənməsi nəticəsində qeyri-ərzaq məhsullarının da sifarişçilərə çatdırılması xidmətlərində artımlar müşahidə edilir.

Təsadüfi deyil ki, son 4 ildə anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti sahəsində işləyənlərin sayı 78% artaraq 16 min 592 nəfər çatıb.

Qeyd etdiyimiz kimi, marketlərə ərzaq daşıyan və sifarişçiyə qeyri-ərzaq malları çatdıran avtomobillərin sayının sürətlə artmasına baxmayaraq, onların iş rejimini tənzimləyən heç bir qayda mövcud deyil. Bu cür avtomobilləri günün istənilən saatında paytaxt yollarında görmək mümkündür.

Yük avtomobillərinin şəhər daxilində hərəkətini nizamlamaq üçün ən sadə yol isə onların iş rejiminin tənzimlənməsidir. Məsələn, iri supermarketlərə ərzaq gətirən maşınlar səhər erkən, insanların işə çıxmadığı saatlarda – 05:00-07:00 arası hərəkət edə bilər. İstisna olaraq çörək kimi bəzi ərzaq məhsullarını daşıyan avtomobillərin hərəkətinə günün digər saatlarında da icazə vermək olar.

Onlayn ticarət zamanı sifariş edilən qeyri-ərzaq mallarını daşıyan avtomobillərə isə yollarda sıxlığın az olduğu saatlarda – 12:00-16:00 arası icazə vermək olar. İnsanların işə, məktəbə gedib gəldiyi saatlarda – səhərlər 08:00-10:00 arası, axşamlar isə 17:00-20:00 arasında isə bu cür yük avtomobillərinin hərəkəti tam şəkildə dayandırılmalıdr.

Qeyd edək ki, hazırda dünyanın bir çox böyük şəhərlərində yük avtomobillərinin hərəkəti vaxt və məkanla məhdudlaşdırılır. Məsələn, Tokioda supermarketlərə və dükanlara yük çatdırmaq üçün xüsusi saatlar təyin olunub. Nyu-Yorkda pik saatlarda (07:00-10:00 və 16:00-20:00) yük maşınlarının müəyyən küçələrə girişinə məhdudiyyət qoyulur.

Eyni zamanda, dövlət qurumlarında və şirkətlərdə çalışan şəxslərin minik avtomobillərindən istifadəsi azaldılmalıdır. Dövlət qurumları işçilərini ictimai nəqliyyatdan istifadəyə təşviq etməlidir. İctimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edən qurumların əhatə dairəsi genişləndirilməlidir.(yeniavaz.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri