Icma.az
close
up
RU
Maşının işıq cihazına plyonka çəkənlərin diqqətinə VİDEO

Maşının işıq cihazına plyonka çəkənlərin diqqətinə VİDEO

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Sürücülərdən biri iddia edir ki, avtomobilində şüşə örtüyündən (“plyonka”) istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən cərimə olunub.

O bildirib ki, şüşə örtüyünü avtoservisdə yoxladıb, hər şey qaydasında olsa da, ona cərimə tətbiq olunub.

Maraqlıdır, bəs görəsən bununla bağlı qanunvericilik nə deyir?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, istehsalçı zavod əgər sözügedən “plyonka”ları istehsal edirsə, deməli o, proses zamanı işığın paylanma dərəcəsini nəzərə alır:

“İşığın səpələnmə, düşmə bucağı aydındırsa və sürücü üçün heç bir problem yaranmırsa, bu zaman heç bir cərimə tətbiq oluna bilməz. Ümumiyyətlə, bu sahədə bizdə bəzi boşluqlar var”.

Sözügedən problemlə qarşılaşan sürücülərin sayı çoxdur. Polis əməkdaşları isə bu halı qanunsuz hesab edirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:

“Odur ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır”.

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsi, eyni zamanda 342-ci maddəsinə əsasən, burada işıq cihazlarının üzərinə “plyonka” çəkilməsinin qadağan olunması ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, son illər istehsal olunan avtomobillərin ön və arxa işıq cihazları qara rəngdə olur. Bu cihazlar sadəcə komanda verildikdə nəzərə çarpır.

Globalinfo.az Baku TV-nin daha ətraflı süjetini təqdim edir:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see181

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see137

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see135

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see132

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see132

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see130

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see128

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see128

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see127

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see127

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see126

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see126

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see125

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see125

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see125

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see124

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see123

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see121

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri