Maşınla piyadanı vuraraq öldürən şirkət əməkdaşı ilə bağlı QƏRAR
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Ucar Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Qafar Qafarovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəyal Bədəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 25 noyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən 241-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Qafar Qafarov etibarnamə ilə idarə etdiyi "MMC-lərdən birinə məxsus “Schmıtz” markalı yarımqoşqulu avtomobillə sözügedən yolda Bakı istiqamətində hərəkətdə olarkən yolu sağdan-sola doğru keçən, 1970-ci il təvəllüdlü, piyada Tərlan Mirzəyevi vurub. Nəticədə, yaralı hadisə yerində ölüb.
Hadisədən sonra Qafar Qafarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


