Icma.az
close
up
RU
Mütəxəssislər: Sadə üsulla içməli sudakı mikroplastikləri azaltmaq mümkündür

Mütəxəssislər: Sadə üsulla içməli sudakı mikroplastikləri azaltmaq mümkündür

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

Yeni elmi araşdırma göstərib ki, içməli suyu sadəcə qaynatmaqla onun tərkibindəki mikroplastikləri xeyli azaltmaq olar.

AZƏRTAC “euronews.com” telekanalına istinadla xəbər verir ki, çinli tədqiqatçıların müəyyənləşdirdiklərinə görə, xüsusilə COD suda — yəni minerallarla zəngin olan suda — beş dəqiqəlik qaynama mikroplastiklərin miqdarını 90 faizədək azalda bilər. Yumşaq suda isə bu rəqəm təxminən 25 faizdir. Tədqiqatın müəlliflərindən biri, Quançjou Tibb Universitetindən Zimin Yu qeyd edir ki, bu üsul insanların su vasitəsilə mikro və nanoplastik hissəciklərə məruz qalmasını təhlükəsiz və əlçatan şəkildə azalda bilər. Tədqiqatçılar bildirirlər ki, qaynama zamanı suda olan minerallar, xüsusilə kalsium karbonat, mikroplastikləri özünə hopduraraq çöküntü (ərp) şəklində suyun dibinə çökür. Bu səbəbdən mikroplastiklərin bir hissəsi sudan uzaqlaşdırılır. Alimlər mikroplastiklərin sağlamlığa potensial zərər verdiyini xatırladırlar. Müxtəlif tədqiqatlar bu hissəcikləri ürək-damar xəstəlikləri, insult və demensiya kimi problemlərlə əlaqələndirir. Amma bu araşdırmalar səbəb-nəticə əlaqəsini tam sübut etmir, sadəcə müəyyən uyğunluqları göstərir.

Çinli mütəxəssislər əlavə edirlər ki, mikroplastikləri daha effektiv şəkildə tutmaq üçün paslanmayan polad filtrli və plastik olmayan çaydanlardan istifadə olunmalıdır. Onlar, eyni zamanda, bu sadə üsulun digər zərərli hissəciklərə qarşı da effektiv olub-olmadığını araşdırmaq üçün gələcəkdə daha geniş tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Beləliklə, gündəlik həyatda suyu qaynadaraq içmək, sağlamlığımızı qorumaq üçün sadə və praktik bir addım ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri