Icma.az
close
up
RU
Maşınlarınızı qarajda, örtülü yerlərdə saxlayın Ekspert

Maşınlarınızı qarajda, örtülü yerlərdə saxlayın Ekspert

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gecə Bakıda müşahidə olunan qəfil və intensiv dolu yağıntısı şəhər ərazisində ciddi müəyyən fəsadlara səbəb olub. Qısa müddətdə güclənən yağıntı xüsusilə açıq havada saxlanılan avtomobillərə zərər vuraraq bir çox nəqliyyat vasitəsində müxtəlif dərəcəli batıq və şüşə zədələnmələri ilə nəticələnib. 
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, bu tip hadisələr, yəni dolu, güclü külək və digər qəfil ekstremal hava şəraiti avtomobillərə ciddi fiziki ziyan vura bilən təbiət hadisələri sırasındadır:
“Ən çox rast gəlinən ziyanlar kuzovda çuxurların yaranması, şüşələrin çatlaması və ya qırılması, güzgülərin zədələnməsi və boya örtüyünün korlanmasıdır. Bəzi hallarda isə güclü dolu avtomobilin kapotuna, damına və baqaj hissəsinə daha ciddi struktur ziyanlar yetirə bilər. Külək zamanı uçan əşyalar avtomobilə çırpılaraq əlavə zərər riskini artırır. Ağac budaqlarının qırılması və ya reklam lövhələrinin aşması da təhlükə mənbələrindəndir. Bu kimi hallarda zərərin miqyası hadisənin qısa müddətdə və intensiv baş verməsindən asılı olaraq daha da böyüyə bilər. Belə risklərdən qorunmaq üçün ilk növbədə avtomobilin saxlanma yeri çox önəmlidir. Mümkün olduqda avtomobillər yeraltı qarajlarda və ya örtülü dayanacaqlarda saxlanılmalıdır. Açıq sahələrdə park etməli olduqda isə ağacların, elektrik dirəklərinin və köhnə konstruksiyaların altından uzaq durmaq vacibdir. Hava proqnozlarının mütəmadi izlənməsi də riskin azaldılmasında mühüm rol oynayır”. 
O qeyd edib ki, xüsusilə dolu xəbərdarlığı verilən günlərdə avtomobilin daha təhlükəsiz əraziyə köçürülməsi tövsiyə olunur:
“Əgər bu mümkün deyilsə, avtomobilin üzərinə xüsusi qoruyucu örtüklər çəkilməsi müəyyən qədər müdafiə təmin edə bilər. Qoruyucu örtük olmadıqda belə, qalın parça və ya örtük materiallarından istifadə zərəri qismən azalda bilər. Şəhər şəraitində sürücülərin diqqətli olması da vacibdir. Park yerlərinin seçimi təsadüfi olmamalı, daha çox sığınacaq rolunu oynayan binaların yaxınlığı üstün tutulmalıdır. Eyni zamanda, güclü külək zamanı açıq məkanlarda uzun müddət avtomobil saxlamaq risklidir. Dolu başlayarsa, mümkün olduqda avtomobili dərhal təhlükəsiz yerə aparmaq və ya örtmək ən düzgün addımdır. Bu cür hadisələr zamanı sürətli qərar vermək ziyanın miqyasını əhəmiyyətli dərəcədə azalda bilər. Ümumilikdə, əsas məqsəd avtomobili açıq və riskli zonalardan mümkün qədər uzaq saxlamaq və hava şəraitinə uyğun davranmaqdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri