Icma.az
close
up
RU
Mask Marsı işğal etməyə tələsir

Mask Marsı işğal etməyə tələsir

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Amerikalı milyarder İlon Mask "Optimus" insanabənzər robotlarını tezliklə Marsa göndərməyi planlaşdırır. Qətiyyətli və inadkar görsənən İlon Mask deyib ki, "Tesla Optimus" robotlarını Marsa göndərməyin vaxtı çoxdan çatıb.
Reyting.az
"Newsweek" nəşrinə istinadla bildirir ki, yeni hazırlanmış insanabənzər robotlar böyük ehtimalla 2026-cı ilin sonlarında "SpaceX" gəmisinin missiyasının tərkibində qırmızı planetə göndəriləcək.
"Ümid edirəm ki, "Starship" gəmisi gələn ilin sonlarında "Optimus" insanabənzər robot tədqiqatçıları ilə Marsa gedəcək", - deyən Mask ümidli olduğunu bildirib.
Xatırladaq ki, "Optimus" ilk dəfə 2024-cü ilin oktyabrında gündəlik həyat üçün robot köməkçi kimi təqdim edilib və sınaqdan uğurla çıxıb. Bu barədə danışan məşhur milyarder deyib:
"O, istədiyiniz hər bir şeyi edəcək... Dostluq edin, sizə içkilər təqdim etsin, üstəlik, tapşırın, itinizi gəzdirsin, otlarınızı biçsin, dükana göndərin, bir sözlə, ağlınıza gələn hər şeyi edəcək".

Mask dəfələrlə Marsı koloniyalaşdırmaq istəyini bəyan edib. Sentyabr ayında isə o, ideyası barədə yazmışdı ki, "Təxminən iyirmi il ərzində özünü tamamilə təmin edən bir şəhər qurmaq məqsədi ilə uçuş intensivliyi eksponent olaraq artacaq".
Bununla belə, bir çox ekspertlər bu fikrə ehtiyatla yanaşırlar. Franklin İnstitutunun elmi əməkdaşı Derrik Pitts Maskın Mars planeti ilə danışdıqlarına belə reaksiya verib:
"Bu, onilliklər ərzində baş verə bilərmi? Bəlkə də... Ancaq böyük risk bahasına... Amma kimsə mənə üç onillik vaxt versə, riskin necə məqbul səviyyəyə düşəcəyini görə bilərəm".
Digər bir alim və Arizona Dövlət Universitetinin astronomiya üzrə professoru Kris İmpi də Maskın ideyasına şübhə ilə yanaşır. Professor İmpi deyib:
"Donald Trampın vəzifədə olması ilə bu, sadəcə mümkün deyil... Çünki insanları göndərməzdən əvvəl "Starship"-in uzun müddət, onlarla nümayişi, ciddi sınaqları keçirilməlidir".
Digər bir NASA əməkdaşının isə Maskın ideyasına münasibəti daha ironik olub. O, deyib ki, "Maskın "Optimus"-ları bəlkə də Amerikadan xəbərsiz bir gün bu qırmızı planetə yollanacaqlar. Axı, o, Marsı işğal etmək arzusundadır".
"Newsweek" nəşrinin məlumatında qeyd olunur ki, hazırda nə NASA-nın, nə də Maska məxsus olan "SpaceX" kosmik mərkəzlərinin heç birinin təqvimlərində 2026-cı il üçün təsdiqlənmiş bu cür plan - Marsa uçuş nəzərdə tutulmayıb.
Mütəxəssislər bildiriblər ki, əgər milyarder İ. Maskın təşəbbüsü ilə belə bir missiya reallaşarsa, onda bu buraxılış ancaq sürpriz olar, çünki 2025-ci ilin sonuna qədər həyata keçiriləcək Marsa uçuş hazırlıqları barədə müraciət yoxdur və hesabatlar da gözlənilmir.
Onu da qeyd edək ki, elm adamları Maskın bu ideyasını tam real saymırlar. Mütəxəssislər kosmosda robotlardan avtonom tədqiqatçılar kimi istifadə etməyi indiki dövrdə çox tələsik qərar kimi qiymətləndirirlər.
Oqtay QORÇU
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Aprel 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri