Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 noyabr, AZƏRTAC
“SpaceX” şirkətinin təsisçisi İlon Mask hesab edir ki, gələcəkdə süni intellekt insanın bütün ehtiyaclarını, o cümlədən səhiyyə sahəsindəki tələbatını ödəmək imkanına malik olacaq.
AZƏRTAC xəbər verir ki, o, bu barədə amerikalı investor Ron Baronla müsahibəsində bildirib.
Maskın sözlərinə görə, superintellekt bəşəriyyətin bütün ehtiyaclarını təmin edəcək, insanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq və səhiyyə xidmətlərinin səviyyəsi indiki ən qabaqcıl imkanları belə geridə qoyacaq.
Sahibkar qeyd edib ki, belə bir inkişaf Yer kürəsinin iqtisadi sistemini köklü şəkildə dəyişdirəcək. Onun fikrincə, gələcəkdə ənənəvi pul sistemi öz əhəmiyyətini itirə, valyutanın dəyəri isə kütlə və enerji kimi fiziki göstəricilərlə ölçülə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 Noyabr 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















